Əfsanəvi “The Cure” qrupu səhnələrə geri dönür. Qrup 16 illik fasilədən sonra çoxdan gözlənilən "Songs Of A Lost World" albomunun ilk müjdəçisi olan "Yalnız" adlı yeni sinqlı təqdim edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, albomun buraxılışı noyabrın 1-nə planlaşdırılır.
“The Cure” qrupunun yeni albomu ilə bağlı xəbər pərəstişkarları üçün əsl sürpriz oldu, çünki bu barədə altı ildir danışılırdı. Çoxları artıq bu qrupdan yeni musiqi eşitməyə ümid etmirdi.
Qrupun yeni albomu bütün qotik rok sevənlər üçün əsl hadisədir.