“Efirdə doğmaqdan, neçə dəfə ərə getməkdən danışırlar” - Müğənni kimlərin adını çəkdi?
17 oktyabr 2024 10:53 (UTC +04:00)

“Efirdə doğmaqdan, neçə dəfə ərə getməkdən danışırlar” - Müğənni kimlərin adını çəkdi?

“Özümü o yerə qoymaram ki, hansısa aparıcı məndən vurma cədvəli soruşsun, mən də durub hələ bir ağılsız kimi cavab verim. İnsan qarşısındakının səviyyəsinə baxıb, ona uyğun söhbət aparmalıdır. Hər kəs narazılıq edir ki, biri efirdə doğmaqdan danışır, biri boşanmaqdan, neçənci dəfə ərə getməkdən, biri namus, qeyrət dərsi verir. Aparıcı qarşısındakına baxır, damarına görə qan alır. Görür onunla ciddi mövzularda danışmaq olmur, başlayır belə mövzularla şou yaratmağa. Ölkəsinin atributunu tanımayan adam doğmaqdan danışacaq da”.

Bu fikirləri Lent.az-a verdiyi müsahibədə bəstəkar müğənni Şöhrət Məmmədov səsləndirib.

“Savadlı aparıcılarımız var. Məsələn, Vüsalə Əlizadə, Tarix Əliyevlə söhbət edəndə zövq alıram. İntellektual səviyyələri yüksəkdir, istənilən mövzuda əsaslı faktlarla danışa bilirlər” deyən Şöhrət Məmmədov Zaur Kamal barədə verilən suala “Onun mövqeyi başqadır. Hamısının özünə məxsus müsbət xarakteri var” deyə cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar