Dünya bundan çox danışacaq:  Cennifer Lopes "çılpaq" donla  heyran etdi
12 yanvar 2026 19:07 (UTC +04:00)

Dünya bundan çox danışacaq: Cennifer Lopes "çılpaq" donla heyran etdi

0

Məşhur müğənni və aktrisa Cennifer Lopes qısa fasilədən sonra “Qızıl qlobus”un qırmızı xalısına qayıtdı. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu il mərasim 83-cü dəfə keçirilib və amerikalı superulduz təqdim etdiyi obrazla hər kəsi heyran edib. Onun görünüşü mərasimdə ən çox danışılanlardan biri olub.

Lopes 2003-cü ildə kütür kolleksiyası üçün hazırlanmış möhtəşəm “Jean Louis Scherrer Haute Couture” libasını seçib. Bu libas klassik olmaqla yanaşı, zamansız və ekstravaqant bir dizayn olub və ipək tül ilə tamamlanıb.

Дженнифер Лопес / © Associated Press

Libas “nude” çalarda olub və bu rəng sayəsində “çılpaq effekt” yaradıb. Eyni zamanda qəhvəyi naxışlı krujeva aplikasiyaları ilə bəzədilmiş, stras daşlarla işlənib. Libasın uzun qolları, hündür yaxalığı və ətəyi boyunca geniş, həcmli yubkası var. Paltarın silueti Cenniferin bədən quruluşunu sıx şəkildə əhatə edir və onun qeyri-adi fiqurunu ön plana çıxarır. Bu vintaj libas 2019-cu ildə Kerri Taylor hərracında Beverli-Hillzdə yerləşən Lily et Cie vintaj mağazası tərəfindən 1100 funt sterlinqə alınıb.

Дженнифер Лопес / © Associated Press

Ulduzun obrazına daha da qlamur qatmaq üçün Sabyasachi brendinə aid qiymətli daşlı zinət əşyaları, Christian Louboutin ayaqqabıları, Judith Leiber çantası seçilib. Qəhvəyi çalarlarda edilən makiyaj və zərif saç düzümü - müğənni və aktrisanın saçları fransız topuzu şəklində yığılıb - obrazı mükəmməl şəkildə tamamlayıb.

Дженнифер Лопес / © Associated Press

Bu il “Qızıl qlobus” mükafatına ikiqat namizəd olan Lopes heç bir mükafat uğrunda mübarizə aparmasa da, mərasim zamanı mükafat təqdim edənlərdən biri olub. Və etiraf etmək lazımdır ki, bu dəbdəbəli və şübhəsiz cəsarətli libasda o, əsl qalib və triumf edən biri kimi görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar