Xəbər veridiyimiz kimi, Türkiyənin Azərbaycanda da çox izlənən sosial media fenomeni Dilan Polat və bütün ailə üzvləri həbs olunub.
Həbs edilənlər arasında Dilan Polatın bacı və qardaşı, Engin Polatın qardaşı, atası, Hətta Dilanın nənəsi, o cümlədən ailənin hüquqşünası da var. Onlar çirkli pulların yuyulması, vergi qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dilan Polatın qəfil tutulmasına səbəb yaradan vəziyyət günlər sonra ortaya çıxıb.
Belə ki, Dilan Polatın işçiləri ilə birlikdə sildiyini hesab etdiyi yazışması tapılıb. Məlumata görə, onun mesajları silməsinə səbəb polislərin görməyini istəməməsi olub.
Həmin mesajlaşması təqdim edirik: