Türkiyəli məşhur aktrisa Demet Özdemir özü kimi aktyor olan əri Oğuzhan Koçdan boşanır.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Demet ər evindən çıxıb, Zekeriyaköydəki şəxsi evinə yerləşib.
8 ay öncə evlənən cütlüyün fikir ayrılığı səbəbilə belə qərar verdiyi bildirilir.
Hələlik rəsmi qaydada ayrıldıqları barədə məlumat olmasa da Demet və Oğuzhan çıxan xəbərləri təkzib etmirlər.
Qeyd edək ki, məşhur cütlük haqqında bir neçə ay öncə də belə xəbərlər yayılmışdı.