“Danışsam,  çox şey deyəcəm"   - Əməkdar artist
08 dekabr 2023 16:39 (UTC +04:00)

“Danışsam, çox şey deyəcəm" - Əməkdar artist

Əməkdar artist Nigar Şabanova qatıldığı proqramlardan birində teleaparıcı Zümrüd Bədəlova haqqında sərt fikirlər səsləndirib.

Lent.az-ın xəbərinə görə, o Zümrüddən incidiyini, ondan özünə qarşı hörmətsizlik gördüyünü deyib.

“Mənə hansısa sənətkar söz desə, mən sənətkara özümü sübut etmək üçün cavab verərəm. Mənim özəl həyatımı heç kimin ixtiyarı yoxdur yenidən gündəmə gətirsin. İllər keçdikdən sonra Zümrüd, sən yalnız mənim sənətimdən danışa bilərsən.

Sizin qarşınızda uşaq yoxdur. Adı və sənəti bəlli olan xanım var. Bundan sonra adımı dilinizə gətirəndə bir zəhmət “Bismillah” deyin. Mən danışsam çox şey deyəcəm. Bundan sonra heç bir şey deməyəcəyəm sadəcə hərəkətə keçəcəyəm. Mənə boş-boş danışmaq yaraşmaz”, -  deyə Nigar vurğulayıb.  

Mən heç kimə o ixtiyarı vermirəm ki, mənim haqqımda “o qız”  deyə  danışsın. Mənə yalnız xanım deyə müraciət edə bilərlər”. 

Qeyd edək ki, Zümrüd Bədəlovanın Nigar Şabanovadan inciməsinə səbəb Nigarın boşanma xəbərini birinci ona söyləməməsi, bu barədə proqramda danışmaq istəməməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17742
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar