Bir il əvvəl dünyasını dəyişən məşhur türkiyəli aktyor Cüneyt Arkının mirasının bölünməsinə birinci həyat yoldaşı Filiz Cüreklibatırdan olan qızı etiraz edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Arkını qızı Filiz atasının digər arvadı Betül Cüreklibatır, qardaşları Murat Cüreklibatır və Kaan Polat Cüreklibatıra qarşı mirasdan əmlak oğurladıqlarını əsas gətirərək məhkəməyə şikayət edib.
İstanbul Asliye Məhkəməsində gedən prosesə görə, Cüneyt Arkın qızından atasının Leventdə olan evi gizlədilib. İddiaya əsasən, həmin ev atasına təzyiq edilərək guya oğullarına və həyat yoldaşına bağışlanıb.
Arkın qızına miras payını verəcəyini də bildirib. Ərizədə Filiz Cüreklibatıra vəd edilən miras payının heç vaxt verilmədiyi bildirilib.
Cüneyt Arkın mülkünü həyat yoldaşı Betül Cüreklibatır və oğulları Murat Cüreklibatır və Kaan Polat Cüreklibatıra qoyub.