“Emret Komutanım” serialında fotoqraf Fato roluyla yadda qalan aktrisa Nil Erkoçlar cinsiyyət dəyişdirib adının Rüzgar Erkoçlar olduğunu bəyan etmişdi.
Aktrisa 2013-cü ildə cinsiyyət dəyişdirdikdən sonra aktyorluq sənətini atıb, gözdən uzaq həyat yaşamağa başlamışdı. Cinsiyyət dəyişdirdikdən az sonra evlənən Rüzgar müxtəlif sahələrdə işləyərək, ailəsini saxladığını bildirib.
Müsahibələrindən birində özünü uşaqlıqdan fərqli hiss etdiyini, qız bədəninin ona yad göründüyünü demişdi.
“Çəkildiyim filmdə, reklamda mini ətək geymək, makiyajdan istifadə etmək mənə təhqir kimi gəlirdi. Hər zaman həmcinslərimə maraq hiss edirdim, içimdə bir dəliqanlı kişi ruhunun olduğunu kimsəyə anlada bilmirdim”,- deyə o müsahibəsində bildirmişdi.
Rüzgar cinsiyyət dəyişimi proseslərinə başlamazdan iki il öncə psixoloji və hormonal reablitasiya keçdiyini, hələ o zamanlardan indiki xanımın dəstəyini hiss etdiyini də vurğulamışdı.