Rusiyada çox populyar olan türkiyəli kino aktyoru Burak Özçivit bu ölkənin istehsalı olan “Şam ağacları 11” komediya filmində çəkilib.
Lent.az-ın Rusiya mətbuatına istinadən bildirir ki, aktyor başqa bir layihədə paralel rol aldığına görə bu filmdə cəmi 8 seriyaya çəkilə bilib.
O, serialın növbəti bölümlərində oynamaq istədiyini deyib.
Serial Tatarıstanda lentə alınıb.