Türkiyənin klassik musiqi sənətçisi Gökhan Sezen insult keçirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, səhhəti ilə bağlı açıqlama verən Sezen "Müalicə olunuram, görmə problemim davam edir" deyib.
Sənətçi Gökhan Sezen pərəstişkarlarına qismən insult keçirdiyini açıqlayıb. Bodrumda xəstəxanaya aparılan sənətçinin görmə mərkəzindəki laxtalanma nəticəsində qismən iflic olduğu öyrənilib. Sezen səhhəti ilə bağlı açıqlama verib.
Bülent Ersoyun varisi olaraq gördüyü səs sənətçisi Gökhan Sezendən açıqlamasında deyib:
"29 iyul şənbə günü səhər saat 08:30 radələrində beynimin görmə mərkəzində laxtalanma nəticəsində qismən insult keçirdim. Hələ də Bodrum Amerikan Xəstəxanasında müalicə alıram və görmə problemim davam edir. İnşallah həkimim dosent Melek Kandemir Yılmaz və bütün komandasının müalicəsi ilə əvvəlki sağlamlığıma ən qısa zamanda qovuşacağam”.