Brilliant Dadaşovadan Anar və Çingizlə bağlı PAYLAŞIM  - FOTO
28 oktyabr 2022 12:34 (UTC +04:00)

Brilliant Dadaşovadan Anar və Çingizlə bağlı PAYLAŞIM - FOTO

Xalq artisti Brilliant Dadaşova xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayev ilə bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında Xalq yazıçısı Anarın Yazıçılar Birliyinin qurultayında jurnalistlərə açıqlama verdiyi görüntüləri paylaşıb və bu sözləri yazıb:

"Anar Rzayev, Nigar Rəfibəylinin bizə yadigarı, Allah sizə, Çingiz Abdullayevə və bütün ziyalılarımıza uzun ömür və səbr versin".

O, sonra paylaşımı post kimi də yayımlayıb. İfaçının bu paylaşımına xeyli reaksiya da gəlib.

Qeyd edək ki, 84 yaşlı yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin 1987-ci ildən bəri sədridir.

# 5007
avatar

Nigar Namiq

Oxşar yazılar