Bred Pitt  yeni sevgilisi   ilə küçədə yaxalandı
08 noyabr 2023 17:57 (UTC +04:00)

Bred Pitt yeni sevgilisi ilə küçədə yaxalandı

Məşhur Hollivud ulduzu Bred Pitt yeni sevgilisi İnes de Ramonla fotokamera qarşısına keçib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Los-Ancelesdə "12-ci İllik LACMA Art+Film Gala"da iştirak etdikdən sonra tədbiri birlikdə tərk ediblər. Paparassilər onların fotolarını küçədə çəkə bilib.

2022-ci ilin noyabrında ilk dəfə Bred Pitt və İnes de Ramon arasında sevgi münasibəti haqqında şayiələr yayılıb. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni “Babil” filminin premyerasında görüntülənib.

Pittin yeni sevgilisi dietoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə "The Vampire Diaries" filminin aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5406
avatar

Fidan İlqar

Oxşar yazılar