Beyonsa  vergidən yayınma   İTTİHAMI: Məhkəməyə verildi
03 may 2023 15:53 (UTC +04:00)

Beyonsa vergidən yayınma İTTİHAMI: Məhkəməyə verildi

Amerikalı hip-hop ulduzu Beyonsun 2022-ci ildə ödəmədiyi  2,7 milyon dollar vergi borcuna görə məhkəməyə verildiyi bildirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənni 2018-ci ildə hökumətə 805,85 min dollar, 2019-cu ildə 1,4 milyon dollar borclu olub. Ödəmədiyi borclara görə, məhkəmə qarşısına çıxarılacaq dünya şöhrətli müğənni 450 min dollar da əlavə cərimə ödəməlidir.

Məlumatda Beyonsun petisiya qaldırdığı, vergi borclarının düzgün hesablanmadığını bəyan etdiyi deyilir.

Beyonsun ümumi varidatı 500 milyon dollardır. Əri Jay Z-nin varidatı ilə birlikdə bu məbləğ 2,8 milyard dollara çatır ki, bu da müğənnini dünyanın ən varlı hip-hop ifaçısı edir.


 

# 2127
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar