Meyxanaçı Balaəlinin sosial şəbəkələrdə köhnə fotosu yayılıb.
Lent.az-ın xəbərinə görə, həmkarı Namiq Qaraçuxurlu ilə birlikdə çəkilən foto müzakirələrə səbəb olub. İnsanları heyrətləndirən Balaəlinin tamamilə fərqli bir stildə geyinməsi və görünüşü olub. Fotoda saçlarını yana darayıb və klassik kostyum geyinib.
Hər zaman meyxanaçının arıq olduğu deyiləndə, Baləli “mən həmişə arıq olmuşam, buna səbəb ana dərdi çəkməyimdir” cavabını verirdi.
Şəkildən isə görünür ki, Baləli əvvəllər heç də indiki qədər arıq olmayıb.