Türkiyənin tanınmış modeli Çağla Şikelin səhhəti qəflətən pisləşib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, öz sosial şəbəkə hesabındakı paylaşımında influenza xəstəliyinə yaxalandığını bildirib.
Model onu da qeyd edib ki, influenza yoluxucudur və bu xəstəliyə övladları vasitəsilə yoluxub:
"Hansı ana övladlarının qayğısına qalarkən, xəstələnmir ki? Aman, diqqət! Koronavirusa bənzəmir".
Bu günlərdə evdən çölə çıxmayan Çağla yalnız iti Tarçınla təmasda olduğunu paylaşımında deyib. "Yanıma heç kimi yaxınlaşdırmıram. Çünki inanılmaz şəkildə yoluxucudur, amma bu köpək məni əsla yalnız buraxmır. Tibb bacısı gələndə belə, aləmi bir-birinə qatır. Sadəcə yemək yeyib işini görəndən sonra tez yanıma gəlir. Məndən heç nə istəmir, sadəcə məni gözləyir. Necə bir ilahəsən sən, Tarçın?", - deyə, o yazıb.
Qeyd edək ki, ata tərəfi azərbaycanlı olan Çağla Şikel müğənni Emre Altuğ ilə evli olub, 2015-ci ildə boşanıblar. Onların iki oğulları var.