Azər Axşam:  "Ölməmişəm, bunu yayanlara nə deyə bilərəm?" - VİDEO
13 avqust 2025 11:08 (UTC +04:00)

Azər Axşam: "Ölməmişəm, bunu yayanlara nə deyə bilərəm?" - VİDEO

Sosial şəbəkələrdə aktyor Azər Axşamın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, aktyor yayılan dezinformasiya ilə bağlı "Instagram"da paylaşım edib.

O qeyd edib ki, hər şey yaxşıdır: "Zəng edən, narahat olan dostlara təşəkkür edirəm.Ölüm haqdır, lakin bu xəbəri yayanlara da mən nə deyə bilərəm?! Adam məlumatı dəqiqləşdirər, yerini öyrənər, sonra verər. Allah bizi savadsız düşüncəyə sahib olan, dünyagörüşü olmayan insanlardan qorusun. Çox təəssüf ki, belədir, nə etmək olar? Həyat davam edir, göydəki nöqtəni qoyana qədər...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar