Aktrisa Ülviyyə Xəlilbəyli və həmkarı Murad İsmayıl boşanma xəbərlərindən sonra bir araya gəlib.
Lent.az xəbər verir ki, cütlük bu xəbərlərdən sonra ilk dəfə birlikdə qala gecəsinə qatılıb.
Onlar birlikdə rol aldıqları “Başabaş” filminin qala gecəsində fotolar çəkdiriblər. Cütlük bu şəkillərlə ayrılmadıqlarını sübut edib.
Qeyd edək ki, Ülviyyə boşanma ilə bağlı xəbərlərdən sonra aralarında soyuqluğun yarandığını, lakin boşanmadıqlarını bildirmişdi. Onların iki oğlu var.