Ancelina Coli özündən 9 yaş kişik reperə  aşıq oldu
02 oktyabr 2024 23:44 (UTC +04:00)

Ancelina Coli özündən 9 yaş kişik reperə aşıq oldu

2019-cu ildə Bred Pittdən böyük müsibətlə boşandıqdan sonra uzun müddət tək qalan Ancelina Colinin britaniyalı reper Akala ilə münasibətdə olduğu iddia edilir.

Lent.az xəbər verir ki, bir vaxtlar nümunəvi cütlük olan Ancelina Coli və Bred Pitt 2019-cu ildə gərgin boşanma prosesi ilə evliliklərini bitirdilər.

Həm pis ər, həm də pis ata olduğu deyilən Bred Pittin ögey övladları Pitt soyadından imtina etdiklərini açıqladılar.

Son zamanlarda 49 yaşlı Ancelina Colinin britaniyalı reperlə gizli sevgi münasibətində olması ilə bağlı iddialar Hollivud dünyasını qarışdırıb.

Colinin gizli eşq yaşadığı şəxsin Britaniyalı reper Akala olduğu üzə çıxıb. Gözəl aktrisadan 9 yaş kiçik olduğu bilinən Akalanın İnstaqramda Colini izləməsi eşq şayiələrini yenidən alovlandırıb.

Bundan öncə 62-ci Nyu York Film Festivalında birlikdə görüntülənən cütlük yenidən Ancelina Colinin ev sahibliyi etdiyi bir tədbirdə birlikdə olub.

Colinin ötən avqust ayında Akala ilə İtaliyada oteldən çıxarkən görüntülənməsi ikilinin sevgili olduğu iddialarının doğruluğunu gücləndirib.

Cütlüyə yaxın bəzi mənbələr Coli və Akalanın bir ildən artıqdır görüşdüyünü və Akalanın Colinin qızları Şilo və Zahara ilə ötən ilin mayında tanış olduğunu iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar