"Anam üçüncü dəfə övlad itkisini yaşadı” - Əməkdar artist
09 sentyabr 2024 09:35 (UTC +04:00)

"Anam üçüncü dəfə övlad itkisini yaşadı” - Əməkdar artist

“Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır... Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini yaşadı”.

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehruban Xanlarova sosial şəbəkə hesabında yazıb. Aktrisa bir müddət əvvəl dünyasını dəyişən qardaşı ilə bağlı paylaşımpnda bunları əlavə edib:

“Sənin üçün dilsiz axıtdığı göz yaşlarına ürəyim parçalanır... Məni tanıyan hər kəs bilir ki, bütün xoşbəxtliyimi ailəmin yolunda qurban vermişəm. Sənətdə xoşbəxt olsam da şəxsi həyatımda acıların qadınıyam. Allah bütün dünyadan köçənlərə, qəni-qəni rəhmət eləsin”. 

Qeyd edək ki, aktrisanın anasıp lal və kardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3375
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar