Pop müğənnisi Alla Puqaçova Rusiyaya səfəri zamanı gizli şəkildə yeni albom yazdırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkəyə gəldikdən bir gün sonra 74 yaşlı sənətçi səsyazma studiyasına gedib.
Qeyd olunur ki, vaxtilə Puqaçova orada üç tammetrajlı albom yazdırıb. Studiyanın yaradıcısı İqor Laletin ifaçı ilə şəxsən görüşüb və onunla mini albom hazırlayıb. Onlar üç yeni mahnı üzərində işləməyə nail olublar.
Leonid Aqutin, İrina Alleqrova, Tatyana Ovsienko, Andrey Qubin, Alsou və başqaları kimi rus estradasının ulduzlarının həmin studiyada səsyazma apardığı məlumdur.