Aktrisa:   "Bir-birimizi qısqanmağa vaxtımız yoxdur" - VİDEO
18 avqust 2022 14:08 (UTC +04:00)

Aktrisa: "Bir-birimizi qısqanmağa vaxtımız yoxdur" - VİDEO

Aparıcı və aktrisa Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyev barəsində növbəti dəfə açıqlama verib.

Lent.az xəbər verir ki, o, "Söz Baz" verilişində aparıcının suallarını cavablayarkən evliliyindən söhbət açıb.

Aktrisa Oqtayın xasiyyətindən danışıb:

"Təbii ki, anlaşılmazlıqlarımız da, böyük mübahisələrimiz də olur. Ən birinci mübahisəmiz evdə nəyinsə bitməsi üstündə olur. Deyirəm, ay da, bunu Oqtaya demək var. Elə ki, gəlib deyirsən, sənə yadımdan çıxıb demək, filan şey qurtarıb. Vəssalam, deyir ki, sənin fikrin haradadır? Bunu deyin də! 
Məni o qədər gərginlikdə saxlayır ki, çalışıram ki, o şey yadımdan çıxmasın. Yaradıcı adamlar dağınıq olurlar axı. Fikri dağda, aranda olur. 

Hətta bir dəfə mənə dedi ki, çay gətir. Mətbəxə gəldim, mənə vəh gəldi. Onun üzərində işləyənə qədər yarım saat keçdi. Yadıma düşdü ki, Oqtay çay istəyib, tez çayı götürüb qarşısına qoydum. Oqtay üzümə baxıb dedi ki, çay yığmağa getmişdin? (gülür). Dedim ki, ağlın olardı aktrisa ilə evlənməzdin". 

Aktrisa həyat yoldaşı ilə arasında qısqanclığın olub-olmaması barədə də mövzuya toxunub:

"Mənə elə gəlir ki, biz o mövzuları çözmüş olsa idik, 30 ildir gəlib buralara çıxmazdıq. Uzun müddətdir Oqtay ilə çalışırıq, vuruşuruq ki, bunu belə edək. O, mənə kömək edir, mən də ona. Bizim ona nə həvəsimiz, nə də vaxtımız olub. Hər münasibətin kökü inamdan qaynaqlanır. Mən onun necə biri olduğunu, fabulasını əzbər bilirəm". 

Dilarə Əliyeva həyat yoldaşının xasiyyətindən danışdı

# 4431
avatar

Nigar Namiq

Oxşar yazılar