Müğənni Nisə Qasımova
16 fevral 2021 14:42 (UTC +04:00)

Müğənni Nisə Qasımova

"Ailə qurmadım, heç nə itirmədim, qazandım" - Nisə Qasımova

Xalq artisti Nisə Qasımova şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “Heç vaxt heç yerdə” verilişində bildirib ki, ailə qurmadığı üçün peşman deyil:  

“Mənim bütün həyatım alt-üst oldu. Efirlərdən, səfərlərdən uzaqlaşdırdılar. Azərbaycanı xarici ölkələrdə təmsil etmək istəyirdim, amma qarşıma çıxdılar. Məni məhv etdilər. Nə ailə qurmaq haqqında düşünə bilərdim?! Özüm gənc olarkən natamam idim. Hələ püxtələşməmişdim, ağıl, düşüncə yox idi. Allah kimin taleyini necə yazıbsa, onu da yaşamalıdır. Buna görə də həmin taleyi yaşayıram. Heç də peşman deyiləm. Yaxşı ki, ailə qurmamışam. Bunu açıq deyirəm. Heç nə itirmədim, əksinə qazandım, özümü kəşf etdim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5343
avatar

Yalçın UĞUR

Oxşar yazılar