Aşıq Əli Tapdıqoğlu koronavirus epidemiyası ilə əlaqədar #evdəqal çağırışına qoşularaq duet ortağı Samirə Əliyeva ilə birgə instaqramda canlı yayıma edib.
Lent.az-ın məlumatına görə, sənətçilər canlı yayım zamanı canlı ifalarını təqdim ediblər. Samirə bildirib ki, bu cür yayımları tez-tez edəcəklər:
"İnsanlara evdən çölə çıxmamağı tövsiyə ediblər. Biz də Əli ilə belə bir qərara gəldik ki, canlı yayımda mini konsert edək, insanların feyzyab edək. Düşünürəm ki, bu çətin günlərdə insanlara dəstək olmalıyıq".