Bu il çəkilən və Hollivud ulduzlarının yer aldığı “Babylon” filminin pərdəarxası məqamları məlum olub.
Lent.az xəbər verir ki, dramatik-komediya filmi Margot Robbie və Brad Pitin karyerasında ən böyük uğursuzluq olub.
Buna səbəb istehsal büdcəsi 80 milyon dollar olan film nümayiş olunduğu ilk həftəsonunda sadəcə 5,3 milyon dollar gəlir əldə edib. Xarici mediaların yaydığı məlumatlara görə, filmin gəlirli hesab edilməsi üçün ən azı 250 milyon dollar gəlir olmalıdır, lakin bu pulun böyük hissəsi xaricdən gəlməlidir.
Bundan başqa, “ən yaxşı film”, “ən yaxşı aktrisa” və “ən yaxşı aktyor” nominasiyaları da daxil olmaqla bir neçə “Qızıl Qlobus” mükafatına namizəd olmasına baxmayaraq, “Babylon” həm kino tənqidçiləri, həm də tamaşaçılar tərəfindən xeyli müzakirə olunub.