Röya şəkil çəkdirmək üçün Türkiyəyə getdi
02 avqust 2012 13:43 (UTC +04:00)

Röya şəkil çəkdirmək üçün Türkiyəyə getdi

0
Tanınmış müğənni Röya Türkiyəyə gedib. Müğənninin prodüseri Kənanın Lent.az-a verdiyi məlumata görə, Röyanın budəfəki səfərinin məqsədi başqadır. Belə ki, müğənni orada yeni fotosessiyalar etdirəcək.

Kənan həmçinin bildirib ki, Röya yeni klipinin çəkilişlərini müzakirə edəcək: “Bunun üçün o mahnısını 3 ssenaristə təqdim edib. Onlar Murad Küçük, Əmir Xəlilzadə və digər məşhur ssenaristdir. Onlardan hansının ideyası bəyənilsə, Röya onlarla birlikdə işləyəcək”.

Müğənni avqustun 11-də isə Zaqatalada Rəhim Rəhimli ilə birlikdə konsert proqramında çıxış edəcək. Daha sonra yenidən Türkiyəyə qayıdaraq, klipin çəkilişlərinə start verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1606

Oxşar yazılar