Gənc xanım müğənnimiz prodüserindən niyə ayrıldı?
01 avqust 2012 15:41 (UTC +04:00)

Gənc xanım müğənnimiz prodüserindən niyə ayrıldı?

Lent.az-ın məlumatına görə, iki ildir bir yerdə çalışan Sevda ilə Pərviz yollarını ayırıblar. Pərviz Əsgərov Lent.az-a açıqlamasında bildirib ki, onlar dünəndən etibarən ayrılıblar. Keçmiş prodüser bildirib ki, ayrılma səbəbləri çox sadə olub: “Sevda gözəl müğənni olmaqla bərabər, həm də yaxşı insandır. Onun yanında işlədiyim dövr ərzində yaxşı təcrübələr əldə etmişəm. Bundan sonra da Sevda ilə münasibətlərimiz davam edəcək. Mən onu anam və bacımla bərabər tutmuşam. Sadəcə olaraq, indi ayrılmaq məqamı idi, ayrıldıq”.

Pərviz Əsgərov prodüserlik fəaliyyətini davam edib-etməyəcəyinə gəlincə isə bunları deyib: “Sevdadan yaxşı, uğurlu bir müğənni olarsa, təklifi dəyərləndirməyə çalışaram”. O, hazırda şirkətlərin birində biznes sahəsində çalışdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025

Oxşar yazılar