Elnarə: “Kənan Doğulu işimi ləngitdi”
27 iyul 2012 19:45 (UTC +04:00)

Elnarə: “Kənan Doğulu işimi ləngitdi”

0
Tanınmış müğənni Elnarə Xəlilovanın klip çəkilişləri baş tutmur. Bu barədə Lent.az-a məlumat verən müğənni bildirib ki, çəkilişlərinə hələ ayın əvvəlində başlanılması planlaşdırılan klip hələ də ərsəyə gəlmir.

Müğənni bildirib ki, buna səbəb Türkiyənin məşhur müğənnisi Kənan Doğulunun planlaşdırmadan konsert verməsi olub. Elnarənin müqavilə bağladığı “Prima Production” şirkəti Kənan Doğulu ilə də çalışdığı üçün çəkiliş qrupu Bakıya gələ bilməyib: “Onların başı bir gün Tarkana, bir gün Sərdar Ortaca qarışır. Mən də burada gözləyə-gözləyə qalmışam. Ümid edirəm ki, gələn həftədən çəkilişlərə başlaya biləcəyik”.

Qeyd edək ki, Elnarə klipə üç uşağı ilə birgə çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1446

Oxşar yazılar