ANS ilə müğənni arasında qalmaqal düşdü
Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı radiostansiya münasibətini açıqlayıb: “Televiziya kanallarından birinin efirində yayımlanan verilişdə təəccüblə eşitdik ki, müğənni Elnarə Xəlilova “Qan qrupu”nun yaradıcısıdır və “Təlqin”, “Hər şey istəyirəm” klipini çəkib. Əvvəla, “Qan qrupu"nu ANS ÇM yaradıb və layihəyə Elnarə adicə bir ifaçı kimi dəvət olunub. Lakin yaradıcılıq imkanları baxımından qrupu qane etmədiyinə görə buradan uzaqlaşdırılıb. Klip çəkməsinə gəlincə, Elnarə Xəlilova burada da dinləyicilərə yalan danışır.
Hər iki klipi “Bakıfilm” çəkib və burada da Elnarədən yalnız iştirakçılardan biri kimi istifadə olunub. Əlbəttə, biz Elnarə Xəlilovaya pislik arzulamırıq. Əksinə, ona yaradıcılıq uğurları arzulayırıq. Sadəcə, istəyirik ki, gələcəkdə daha yalan danışmasın, ən azı ona görə ki, bu, çox pis adətdir”.

1853