Sərdar Ortac məhkəməyə verildi
26 iyul 2012 11:50 (UTC +04:00)

Sərdar Ortac məhkəməyə verildi

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sevgilisi ilə istirahət edən müğənni gecə saat 03:00-da qaldığı oteli ayağa qaldırıb.

Belə ki, VİP salonda istirahət edən müğənni "Iphone 4S" marka telefonunun itdiyini söyləyib. Otel rəhbərliyi də daxil olmaqla hamını ətrafına toplayan Sərdar Ortac telefonun itməsində işçiləri günahlandırıb. Bu isə həmin salonda çalışan 6 nəfərin işdən qovulmasına səbəb olub. Hadisənin sabahı gün müğənninin telefonunu avtomobildə unutduğu bəlli olub.

Hazırda isə işdən qovulan 6 nəfər müğənnini məhkəməyə verərək, təzminat tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199

Oxşar yazılar