Dünya şöhrətli DJ Bakıya gəlir
Dünya şöhrətli DJ Armin van Buuren Bakıda konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, bu barədə DJ rəsmi saytında xəbər yerləşdirilib. Tanınmış DJ-in konserti avqustun 24-də “Buta Palace” də baş tutacaq.
Qeyd edək ki, əslən hollandiyalı olan Buuren 1976-cı ildə Leyden şəhərində anadan olub. DJ Mag jurnalı onu 2007, 2008, 2009 və 2010 – cu illərdə “bir nömrəli DJ”elan edib. Armin van Buuren, A State of Trance radioşousunun aparıcısıdır. Armin van Buuren həm də elektron musiqinin ən populyar leybli olan Armada Music-in yaradıcılarından biridir.

1030