Röyanın “Bakı-Moskva” şousu -
Müğənni Röya Ayxan və Rusiyanın tanınmış müğənnisi Leonid Aqutin “Buta Palace”da konsert proqramı ilə çıxış ediblər. Lent.az-ın məlumatına görə, 22 iyul Mətbuat Günündə keçirilən “Bakı-Moskva” adlı konsertdə ilk öncə səhnəyə Leonid Aqutin çıxıb. Röya ilə eyni səhnədə olmaqdan zövq aldığını deyən rusiyalı müğənni paytaxtımızı çox bəyəndiyini də etiraf edib.
Daha sonra səhnəyə göydən enən Röya maraqlı şou nümayiş etdirib. Məşhur “Röyayam” mahnısı ilə səhnəyə daxil olan müğənni solo mahnılarını ifa edib. Müğənni “Şeron” qrupu, Zamiq, Samir Cavadzadə, Niyam Salami, Samira ilə ifa etdikləri mahnıları yenidən təqdim edərək, duet ortaqlarını bir araya gətirib.
Möhtəşəm səhnə effektləri və peşəkar rəqqaslarla diqqət çəkən şounun aparıcısı Nəsib Nur, konsertin rejissoru müğənni Rəhim Rəhimli, musiqi tərtibatçısı Zamiq Hüseynov, prodüseri isə Kənan Bayramov olub.
Müğənni səhnəyə 10 nəfər musiqiçi və 3 nəfər bekvokalla çıxıb.
Jalə

2394