Aşıq Samirə xərçəngdən əməliyyat olunub - VİDEO
19 iyul 2012 19:27 (UTC +04:00)

Aşıq Samirə xərçəngdən əməliyyat olunub - VİDEO

Aşıq Samirə şəxsi həyatı ilə bağlı şok etiraflar edib. Lent.az-ın məlumatına görə, “Space” telekanalında yayımlanan “Yalan-Doğru” verilişinin çəkilişi zamanı aparıcı Vüqar Hüseynovun ona ünvanlandığı suallara doğru cavab verməyə çalışan Samirə şəxsi həyatı ilə bağlı indiyədək heç bir yerdə söylənilməyən faktlar danışıb.

Aşıq Samirə etiraf edib ki, xərçəng xəstəliyindən əməliyyat olunub. O, “Aşıq Pəri” məclisindən uzaqlaşdırılması xəbərinin doğru olub-olmadığına da aydınlıq gətirib. Aşıq xanım ikinci dəfə ailə həyatı qurduğu həyat yoldaşı, keçmiş prodüseri Rizvanın valideynlərinin onların evliliyinə razı olmadıqları üçün elçiliyə tək gəlməsini təsdiqləyib.

Verilişə həyat yoldaşı ilə gələn Aşıq Samirə bir çox maraqlı məqamlar açıqlayıb. Proqram 20 iyul saat 23:00, təkrarı isə çərşənbə axşamı saat 12:00-da efirə gedəcək.

Verilişin informasiya dəstəyi Lent.az-a məxsusdur.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7584

Oxşar yazılar