Natavan Həbibi: “Ey müğənnilər və jurnalistlər”
Tanınmış müğənni Natavan Həbibi şou-biznes nümayəndələrini imic sözünü düzgün başa düşməməkdə qınayıb. Lent.az-ın məlumatına görə, jurnalistlərə açıqlama verən sənətçi bildirib ki, müğənnilər etdikləri hər dəyişikliyi imic dəyişikliyi adlandırmamalıdır: “Mən indi saçımın rəngini dəyişmişəm. Hamı deyir imicini dəyişmisən? Müğənnilərdən kimsə gəlib saçını kəsdirir, çıxıb deyir imicimi dəyişdim. Bu çox gülüncdür. Bunu bəzi jurnalistlər də o cür yazır. Amma bu, belə deyil. Ey müğənnilər və jurnalistlər, imic dəyişmək onun xarakteri, sənəti, sahəsi, müğənninin oxuduğu janrın dəyişməsidir”.
Sənətçi bildirib ki, bu yay yeni hitlər də təqdim edəcək: “Əvvəllər deyirdilər ki, mahnılar mövsümə uyğun oxunmalıdır. Amma mən bu fikirləri yox etmişəm artıq. Necə ki, Murad Ariflə “Damla” mahnısını təqdim etdik. Əslində bu mahnı sentyabrda oxunmalı idi. Ancaq mən sübut etdim ki, yaxşı mahnı nə vaxt oxunmasından asılı olmayaraq sevilir. İşlərimiz davam edir. O qədər yeni mahnılar var ki, bilmirəm hansından başlayım”.
Jalə

1846