Kənan Doğulu Bakıda tamaşaçılarına nəzər duası oxudu
Lent.az-ın məlumatına görə, müğənninin konserti təyin olunan vaxtdan 45 dəqiqə sonra başlayıb.
Səhnəyə ilk olaraq azərbaycanlı müğənni Rəhim Rəhimli çıxıb. Müğənni “xoşgəldin”lə konsertə açılış edib.
Sonra Kənan Doğulu səhnəyə çıxıb. Estrada müğənnisi konsertinə “Mənim nazlı yarım” Azərbaycan mahnısı ilə açılış edib.
Türkiyəli müğənninin ansamblında azərbaycanlı musiqiçilər və musiqi alətlərimiz də yer alıb.
Kənan Doğulu daha sonra bir-birinin ardınca hit mahnılarından olan “Yaşamana bak”, “Şans mələyim”, “Mütəvazi ol”, “Hep aklımdasın”, “Çakkıdı çakkıdı” mahnılarını ifa edib. Azərbaycanlı tamaşaçılarından arzuladığı diqqəti görməyən müğənni izləyiciləri həvəsləndirməyə cəhd edib: “Alqış edənlərin işləri yaxşı olsun, həyatlarında sevgi bol olsun!”
Doğulu qıvraq rəqsləri və dinamikliyi ilə auditoriyanı ələ alıb. Onun repertuarında “Yüzsüz yürək”, “Ara beni lütfən”, “Baş hərfi bən”, “X-aşkım”, “Ən qiymətlimsin” mahnıları böyük alqışa səbəb olub.
Sənətçi Sibel Canla oxuduğu “Hançer” adlı mahnını öz vokalisti ilə duet şəklində ifa edib.
Yarım saatlıq fasilədən sonra təxminən saat 22-də sənətçi yenidən səhnəyə çıxıb. Doğulu tamaşaçılarla dialoqa başlayıb: “Aranızda məni beş, on və ya on altı ildən bəri sevib-dinləyən var?”
İkinci hissə daha çox nostalji musiqilərlə zəngin olub. Bu mahnıların sırasında “Gözü kara deliyim”, “Hiç bana sordunmu”, “Dön gəl”, “Bən gözəldən anlarım” olub. Müğənni ifasında 41 kərə maşallah kəlmələrini işlətdikcə, tamaşaçıları nəzər duası oxumağa çağırıb: “Hamı sevdiklərinə nəzər duası oxusun, 41 kərə maşallah!”
Qeyd edək ki, konsert “SA Organization” şirkətinin təşkilatçılığı və “BUTA production”un dəstəyi ilə həyata keçirilir.
Lalə Yusifqızı

1204