Nüşabə Ələsgərli: “Xalq artistləri məndən artıqdı?” - MÜSAHİBƏ
Populyar müğənni Nüşabə Ələsgərovanın Lent.az-a müsahibəsi
- Son vaxtlarda sənətdən çox qalmaqallarla gündəmdəsiniz. Polis olayı filan... Lent.az-ın top onluğunda oxunma sayına görə xəbərləriniz birincidir.
- Polislərlə bağlı məsələdə birinci dəfə problemim olmamışdı. Əgər reydi izləmisinizsə, doğrudan da qırmızı işığı keçməmişdik. Yaşıl işıq yananda keçmişdik. İkincisi də ki, düzgün saxlamamağı bir yana, şəxsən mənə qarşı bir az kobud danışdı. Mən də hövsələsiz adamam, kobud sözə kobud cavab verdim. O da tez ANS-i çağırdı. Yəqin ki, o da efirə çıxmaq, gündəmə gəlmək istəyirdi, arzusuna çatdı.
- Deyirlər ki, müğənnilər populyarlaşdıqca nüfuzlarından, adlarından geniş istifadə edirlər...
- Əsla! Əgər siz məni azdan-çoxdan bu neçə ildə tanıyırsınızsa, xarakterimdə yekəxanalıq, özünü göstərmək yoxdur. Bu gün də heç vədələşməmiş, israr etdiniz, gəldim. Görürsünüz ki, adi görkəmdə gəlmişəm. Gündəlik həyatda nə bəzənərəm, nə geyinərəm. Əksinə, gizlənməyə çalışan adamam. Orda mən nə istifadə edəcəm ki?! Neyçin istifadə edim? Mən haqqımı tələb etməyi bacarıram. Düzgünlüyü araşdırmağı xoşlayıram. Nəticədə kobud cavab alanda lap əsəbiləşirəm. Sözün düzündə sənətin, cinsiyyətin rolu yoxdur. Günahkar olsam, lal olaram, susub gedərəm. Lakin günahkar olmayanda xoşlamıram, kimsə üstümə gəlsin.
- Ötən il də dedilər Nüşabə Ələsgərli öz mühafizəçisinə ərə gedib.
- Deyirsiniz, son vaxtlar ancaq hadisələrlə gündəmə gəlirsiniz. Belə suallar verirsiniz ki, gündəmə gəlirik. Niyə incəsənətlə bağlı suallar vermirsiniz? Jurnalistlərin çoxu deyir, biz maqazin jurnalistiyik, mədəniyyətdən yazmırıq.
- Sizinlə bağlı, nə iş görmürsünüzsə ona dair hər sualı verəcəm. Ərə getmisiniz?
- Yox. Mən şəxsi sualların üstündən xətt çəkəcəm. Cavab verməyəcəm. Mən ərə getmişəm də, ərə gedənə belə sual verərlər?
- Axı siz həyat yoldaşınızdan ayrılmışdınız...
- Xeyr, ayrılmamışam. Sizə nə lazımdı?
- Ötən müsahibəmizdə demişdiniz ki, bir də əlli yaşında ərə gedəcəksiniz.
- Keçək başqa söhbətə.
- Yaxşı, başqa suala keçək. Niyə əməkdar artist adı almadınız?
- Vallah, harada satırlar gedim alım? Vermirlər də, mən neyləyim?
- Əməkdar artist adı almaq üçün dövlət tədbirlərində, mədəni-kütləvi tədbirlərdə, cəmiyyəti maraqlandıran bütün proseslərdə fəal iştirak etmək lazımdır.
- Doğrudan? Mən bilmirdim. Bundan sonra çağırmasalar da, gedib iştirak edəcəm. Niyə iştirak etmirəm ki?! Mən lap çoxdan - 10 il bundan əvvəl, ondan da qabaq iştirak edirdim. Siz son bir ili nəzərdə tutursunuzsa, tədbirlərə dəvət almayanda, çağırılmayanda necə getmək olar?
- Ramiz Rövşən müsahibəsində deyib ki, arzum budur mənə xalq şairi adı verilməsin. Sizin əməkdar artist olmamaq kimi arzunuz var?
- Siz əməkdar artisti deyirsiniz, mən artıq o adı bəyənmirəm... Xalq artisti adı istəyirəm.
- Birbaşa xalq artisti?
- Başa düşmürəm xalq artistlərinin nəyi məndən artıqdır? Məndən artıq oxuyurlar? Mədəniyyət və Turizm Nazirliyi məni hara göndərsə, gedərəm. Mən-mən deməkdən xoşlanmıram, amma indi görürəm ki, məcburiyyətdir. Niyə mən özümə əməkdar artist adını yaraşdırım? Rusca bu söz daha mənalı çıxır: “Zaslujennaya...” Ya davno uje zaslujila! Mənə təqdim etmirlərsə, bu sualı mənə yox, təqdimat verən adamlara ünvanlamalısınız! Yetər ki, ölkədə sakitlik, sabitlik olsun, o mənim üçün hər şeydən önəmlidir. Allah eləməsin, sabah qarışıqlıq olsa, kimdir xalq artisti, kimdir əməkdar artist? Əlbəttə, stimul da lazımdır. Əvvəllər əməkdar adı insana stimul verirdi. İndi hamı alıb deyə, mənim üçün əhəmiyyəti yoxdur. Xeyr heç mən o adı istəmirəm. Dövlət tədbirlərində də oxumuşam. Hər yerdə də çıxış etmişəm, cəbhə bölgəsində də, qocalar evində də. Etməliyəm də, borcumdur.
- Təmənnasız, qonorarsız iştirak etmisiniz?
- Bəli. Prezident seçkilərinə həsr olunan təbliğat konsertlərində həmişə iştirak etmişəm. Saraydakı tədbirlərdə məni proqrama salmırlar, çıxıb oxumuram. Oxuyanların hansı məndən yaxşı oxuyur? Gəlsinlər yaradıcılıq işlərini ortaya qoysunlar, mən də. Onlar da etdiklərini saysın, mən də! Yeri gəlmişkən, mən Beynəlxalq Diaspor Mərkəzinin mədəniyyət departamentinin rəhbəriyəm. Bu xətlə çox respublikalarda konsert proqramları ilə çıxış edirəm. Oradakı azərbaycanlıların qarşısında təmənnasız konsert verirəm. Universitetdə müəllimə işləyirəm. Neçə ildir oxuyuram. Musiqişünasam. Nə savadım, nə təhsilim, əməkdar, xalq artistlərindən əskik deyil. Yaşım və təcrübəm, neçə illik stajım. Mənim nəyim çatmır?
- Elə müğənni var ki, deyir ad alana qədər canım çıxdı, qazancdan qa məhrum oldum, ilboyu tədbirlər gəzdim.
- Var biri, çıxdı efirdə danışdı ki, mən bu ada layiq görüldüm. Belə çalışdım, elə çalışdım, qoy məndən ibrət götürsünlər. Ürəyim partlayır ki, sən nə danışırsan? Nəyi mənə məsləhət görürsən? Mən oxuduğum tədbirlərin böyründən belə keçməmisən. Sən mənə deyirsən ki, çalış. Heç sən çalışmamısan, bəxtin gətirib. Nəyə çalışım? Sən mənə çalışmaq öyrədirsən? “Do” ilə “re”ni tanımırsan. Mən sənə baxım, çalışmaq öyrənim? Ad verərlər, sağ olsunlar, verməzlərsə də, incimirəm. Bu günə qədər fəxri adım yoxdur.
- Bəlkə sizin toy müğənnisi imicindən çıxmağınız lazımdır?
- Cennifer Lopez toya getmir? Yoxsa o birilər getmir? Səhər-axşam hamısı toydadır daa!
- Hamı elə düşünür ki, Nüşabə Ələsgərli ayın otuz günü toydadır. Məncə, bu təəssürat imkan vermir...
- Başa düşmürəm e, Nüşabə Ələsgərli ağ qarğadır, bircə o toya gedir? Bütün əməkdarlar, xalq artistləri toya gedir. Xüsusilə də Səməd Səmədov. Toylar kralı adı idi, indi xalq artisti oldu. Xeyir ola, Nüşabənin adı toyla hallansın? Nüşabədən çox toya gedənlər ad alıb. Yeri gəlsə, onların çoxu mənim getdiyim toyun qapısını tanımır. İncimirəm ha, hamını da təbrik edirəm. Səmədin sözü olmasın, bacarana can qurban. Sağlığına qismət, birinci də zəng edib mən təbrik etmişəm. Nazpəri Dostəliyeva, Ağadadaş Ağayev, Brilyant Dadaşova, Faiq Ağayev toya getmir? Məndən də əvvəl gediblər. Əməkdarlar - Mətanət İsgəndərli, Almaz Ələsgərova getmir?
- Stimulsuz necə işləyirsiniz?
- Mənim stimulum var - iki dənə gül kimi uşağım. Onlar üçün yaşayıram, sənətim var, xalqın artistiyəm.
- Deyirsiniz çox iş görmüşəm. Bir-bir gördüyünüz işləri sayın, ictimaiyyət də görsün.
- İctimaiyyət bu günə kimi görməyibsə, bundan sonra da çətin görsün. Vallah, düz deyirəm. Savadı qoyaq kənara, 1994-dən efirdəyəm. Konservatoriyanı bitirən gündən Azərbaycan Dövlət mahnı və rəqs ansamblında çalışmışam. Solist kimi Azərbaycanın bütün rayonlarında çıxışlar etmişəm. Üstəlik müharibə dövrlərində Qazaxda bomba-zad atanda əsgərlər qarşısında çıxış etmişəm. Şəhriyar, Heydər Əliyev Sarayında solo konsertlər vermişəm. Ona qalsa, ad alanların sarayda konsertləri olmayıb. Nə isə. Amerikada diasporun dəvəti ilə konsert vermişəm. San Xosedə toy yox ha, Belçika, Hollandiyada, Rusiyada, Türkiyədə, Qazaxıstan, Ukraynada konsertlər vermişəm. Üstəgəl AzTV-də , “Samanyolu” TV-də, “Space”də aparıcı olmuşam. İndi o birilər çıxsın üzə, saysın. Neçə il Azərbaycan dövlət teleradiosunu solisti olmuşam.
- Deyirlər, bu yaxınlarda toya “kosmetiçka” ilə girib çamadanla çıxmısınız.
- Toydan sual vermə, nə olar...
- Toydan sual vermirəm, puldan sual verirəm.
- Puldan da sual vermə. Mənim pulum-zadım yoxdur. Bilirsiniz, mənim təbiətimdə ağlamaq yoxdur, amma pul həmişə çatmır.
- Bundan sonra nə edəcəksiniz?
- Üç il vaxtım var. Bəzi işlərim tamam olsun, yəqin ki, başqa ölkədə çalışacam. Planlarım var. Sağlıq olsun. İnsan iki şeyin qədrini bilmir. Bir sağlamlıq, bir də zaman...
Lalə Yusifqızı

2184