Azərbaycanda “Eurovision–2012” ilə bağlı icazəsiz köynək və aksessuarlar satılır
APA-nın məlumatına görə, Azərbaycanda bu cür satış qanunsuz olaraq həyata keçirilir. Hər bir qalib ölkədə müsabiqə öncəsi hazırlanan bu köynəklər yalnız Avropa Yayımları Birliyinə (EBU) xəbər verildikdən sonra satışa çıxarılır. Amma Azərbaycanda bu addım EBU-nun xəbəri olmadan atılıb və bu hal da müsabiqə təşkilatçılarını narahat edib.
Üzərində həmçinin Azərbaycanın bayrağı da yer alan bu cür köynəklər Çin və Türkiyədə hazırlanır. Bu köynəklər keyfiyyətsiz hazırlanmaqla yanaşı, daha ucuz qiymətə satışa çıxarılır. Əhali isə bu halı nəzərə almadan keyfiyyətsiz köynəklərdən istifadəyə üstünlük verirlər.
Əldə etdiyimiz məlumata görə, bu cür satış yalnız EBU-nun lisenziyası əsasında baş tuta bilər. Lisenziyadan kənar bu tipli satış isə xoşagəlməyən haldır. O da məlum olub ki, qanunsuz satışla bağlı EBU-nun üzvü olan İctimai Teleradio məsələnin kökünü araşdırır. Bu məsələ ilə EBU rəhbərliyi də yaxından maraqlanır. Yaxın günlərdə narahatçılıq doğuran bu məsələ ilə bağlı rəsmi açıqlama olacaq. Çox güman ki, bu tipli qeyri-qanuni satış qadağan olunacaq və yalnız EBU-nun lisenziyasından sonra müvafiq qurum tərəfindən bu cür əşyalar satışa çıxarılacaq.
Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bu cür köynəklər, papaqlar, çantalar, bruloklar, qələmlər, şərflər və digər bu kimi əşyalar qanuni olaraq satışa çıxarılacaq. Bu sistem hər il qalib ölkədə bu cür aparılır. Adətən qanuni satışa çıxarılan köynəklərin qiyməti 17-25 avro arasında olur. Amma Bakıda qanunsuz hazırlanan sözügedən köynəklər məkanından asılı olaraq 5-10 manat arasında əhaliyə təqdim olunur.

953