Sərxan Kərəmoğlu: “Jurnalistlərlə dostluq etmək vacibdir”
15 sentyabr 2011 14:24 (UTC +04:00)

Sərxan Kərəmoğlu: “Jurnalistlərlə dostluq etmək vacibdir”

Lent.az-ın məlumatına görə, tədbirə toplaşan jurnalistlər bir saatdan çox gözləməli olublar. Xeyli vaxtdan sonra aktyor və gənc müğənni jurnalistlərin qarşısına çıxıb.

Sərxan Kərəmoğlu jurnalistləri salamlayıb, təqdimatdan əvvəl onlarla əməkdaşlığın vacib olduğunu xüsusi vurğulayıb: “Mən Elvinə də deyirəm ki, jurnalistlərlə dostluq etmək lazımdır. Jurnalistlər bizim yaradıcılığımızda çox vacib insanlardır. Əlbəttə ki, istedad da vacibdir. Əgər mənim istedadım olmasaydı, indi jurnalistlər məni xatırlamazdı”.

Gənc müğənni Türkiyədə çəkilən iki klipi təqdim edib.

Qeyd edək ki, ifaçıya xeyir-dua vermək üçün bir çox məşhurların tədbirdə iştirak edəcəyi deyilsə də, heç kim tədbirdə görünməyib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar