“Kurtlar Vadisi Pusu”nun aktyoru necə “MTN əməkdaşı” oldu? - MÜSAHİBƏ
Azərbaycan telekanallarında ilk dəfə olaraq Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Qaranlıqlar çiçəyi” adlı serial nümayiş olunacaq.
“Qaranlıqlar çiçəyi”nin rejissoru Məhmət Ulukandır. Serialda məşhur “Kurtlar Vadisi Pusu” serialında rol alan aktyorlar Osman Albayrak, Mustafa Üstündağ, Bülənd Sakrak, Begüm Kutuk, Hüseyn Avni Danyal, Ebru Özkan, Gülər Öktən, eləcə də azərbaycanlı aktyorlar Rasim Balavev, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam, Vüqar Əli və “Eurovision-2010” iştirakçımız Səfurə Əlizadə oynayacaq.
Lent.az çəkilişdə iştirak edib, çəkiliş zamanı məşhur aktyor Osman Albayrakla serial barədə söhbət edib. “Kurtlar Vadisi Pusu”nun məşhur aktyoru söhbətin əvvəlindən gərgin iş qrafikində çalışdıqlarına işarə edib.
- Dünyanın hər yerində belədir, vacib bir işə başlamazdan əvvəl gərək sinirlərinizə, əsəblərinizə nəzarət edəsiniz. Çünki gecə-gündüz işləyirik. Gördüyümüz iş serialdan çox kinofilmi xatırladacaq. Əlbəttə, çətinliyimiz, gərginliyimiz var...
- Nə vaxtdan Azərbaycandasınız?
- Mən əslində il yarımdır Azərbaycana gedib-gəlirəm. Həyat yoldaşım azərbaycanlıdır. O səbəbdən iki ölkə arasındayam. İşim olanda Türkiyəyə gedirəm, burada lazım olanda Azərbaycana qayıdıram.
- Ailəniz burada yaşayır?
- Həyat yoldaşım burada yaşayır. Bir ildən çoxdur evliyik, körpəmiz var. Yoldaşım övladımızı böyüdür.
- Serial və Azərbaycan...
- İllərdir Türkiyədə bu işi gördüyüm üçün Azərbaycanda da gözəl, keyfiyyətli bir serialın olmasını istədim. İllərdir bu sahədə Azərbaycanda boşluq var. Çünki mən insanların bizim televiziya seriallarını izləməsindən xəbərdaram. Amma hər nə qədər türk olsam da azərbaycanlıların bizim serialları izləməsinə normal baxmıram. O səbəbdən də bu addımı atdıq. “Qaranlıqlar çiçəyi”ndə türklər çalışsa da, Türkiyəyə aidiyyəti yoxdur. Baş rollar azərbaycanlının olacaq, film Azərbaycan dilində olacaq. Hazırda on gündən çoxdur ki, işimizə start vermişik. Zənn edirəm ki, oktyabra ayında serial nümayiş olunmağa başlayacaq.
- Bu ideya kimə məxsusdur?
- Biz iki azərbaycanlı dostumla söhbət edərkən niyə burda bu işi görmürük, dedim. Dostumun, açığı, bu sahəyə o qədər də aidiyyəti yoxdur. Mənə dedilər Osman, sən bu işi bacarırsan, kömək et, gözəl işlər quraq. Türkiyədə çox sevdiyim dostum, qardaşım var, Məhmət Ulukan. Ona zəng vurub dedim, bəs bizim belə ideyamız, arzumuz var, işə başlasaq bizə kömək edərsən? Əslində Məhmət Ulukanın azərbaycanlı olduğunu mən o zaman öyrəndim. Ataları-babaları 1918-də Gümrüdən Qarsa keçən tayfadandır. Hətta dedi, öz torpaqlarımı da görmüş olaram. Gəldi, qış aylarında burda qaldı. Ssenarini də burda yazdı. Sonra Türkiyəyə qayıtdı. Bir də işə start verəndə dedik ki, Məhmət abi, işə başlayırıq, gəl. Sağ olsun, bizim xətrimizə dəymədi, gəldi. Hamımız bir xəyalın arxasınca gedirik. Bu xəyal gözəl və çətindir. Çox gec evə gedirik, tez oyanırıq, 40-50 nəfərlik heyətlə çalışırıq. İctimai televiziyanın böyük dəstəyi və köməyi var. Film İctimai Televiziyanın efirində yayımlanacaq.
- Türkiyədə seriallar böyük həvəslə izlənir. Azərbaycanda belə ənənə yoxdur. Siz bizim kütlənin hansı keyfiyyətini nəzərə alıb filmin izlənəcəyinə ümid edirsiniz?
- Hər bir insanın marağı bizim üçün əhəmiyyətlidir. Evində oturan üç nəfərlik ailə də bizim üçün əhəmiyyətlidir.
- Bu serial Türkiyədə də nümayiş olunacaq?
- Yox, bu sırf Azərbaycan auditoriyası üçün nəzərdə tutulub. Türkiyədən aktyorlar, texniki kadr, “Kurtlar Vadisi”nin heyəti kömək etmək üçün gəlib. Ötən il Məltəm Cumbulla Özcan Dənizin baş rollarını oynadıqları “Aşk yakar” serialının rejissoru bu işdə bizə kömək edir. Bu, sırf Azərbaycan serialıdır.
- Sizin rolunuz nə olacaq?
- Mən orda Azad xarakterini oynayıram. Azad altı il öncə həyat yoldaşı rəhmətə gedəndən sonra ruh düşkünlüyünə qapılan, MTN nümayəndəsidir. Həyat yoldaşı öldükdən sonra çoban yaylağına gedir. Dostunun günahsız həbsindən sonra isə özünü tamamilə təcrid edir. Hər şeyini atıb, yaylaqda yaşayır. Dostunun günahsız olduğuna inandığı üçün özünü toparlayıb şəhərə geri qayıdır. Azadın övladını bu illər ərzində dostu böyüdüb. Şəhərə gəldikdən sonra dostuna kömək edəcək. Uşağın dayəsi ilə aralarında romantik bir yaxınlaşma olacaq.
- Səfurə “Eurovision” iştirakçısıdr, serial da bu sahədə onun üçün ilk sınaqdır. Aktrisalıqda Səfurəni necə dəyərləndirirsiniz?
- Səfurə şanslı qızdır. Çünki professional aktyorlar, aktrisalarla işləyir. Səhnədən gəlib, kameralara alışıb. Onun enerjisinə, potensialına bələd idik. Səfurə bizi gedərək daha çox təəccübləndirdi. Gözlədiyimizdən daha tez bu işin texnikasına alışdı.
- Serial yaradıcılığında Türkiyə və Azərbaycan arasında fərq böyükdür?
- Var. Bu həm də praktikaya söykənən işdir. Texniki baxımdan o qədər də böyük müqayisədən danışmaq istəmirəm. Əskik olanları gətirdik. Səs rejissoru, cihazlarımız Türkiyədən gəldi. Operator Rövşən müəllim kinoda olduğu üçün dedi ki, “Kurtlar Vadisi”nin operatoru da gəlsin. Bu işdə tez olmaq lazımdır. Sürətli qaçmaq məcburiyyətindəsiniz. Bir də bu bazarın oturması lazımdır. Bu işlə maraqlanan bir çox nəfərin bu işin görməsi lazımdır.
Onsuz da Azərbaycanda serial yoxdur. Dram janrından danışmağa dəyməz. Sizdə sitkomlar çəkilir. Dramı da etmək çətindir. Bütün texnika, məkanlar tez-tez dəyişir, həftədə altmış dəqiqəlik film çəkilir.
- “Qaranlıqlar çiçəyi” hansı janrdadır?
- Dram janrındadır. Duyğuların, məhəbbətin bol olduğu işdir. Ssenaridə atmosfer var. Bizdə əhəmiyyətli olan kameraların çoxluğu deyil. Kinodan başqa burda da öz işim var.
- Azərbaycan tamaşaçısı sizi “Kurtlar Vadisi Pusu”dan tanıdı. Serialdan ayrıldıqdan sonra yaradıcılığınızda bir müddət durğunluq oldu, yoxsa bizə elə gəlir?
- Mən “Kutlar Vadisi”ndən sonra iki serial və bir filmdə iştirak etdim. Bunlar “Əşrəf saatı” və “Makper” serialları idi.
- Hazırda Türkiyədə paralel olaraq yaradıcılıq işləriniz var?
- Var, lakin bizim müqaviləmiz olduğu üçün açıq danışa bilmirəm. Təkcə “Qaranlıq çiçəyi”ndən danışa bilərəm. Bu serialdan çox şey gözləyirik. Çünki burada həyat var.
- Filmin ansamblı barədə düşüncələriniz necədir?
- Baş rollarda Günəş, Nəsimi, Rasim Balayev, Zaur Şəfiyev, Pərviz Məmmədrzayev var. Azərbaycanın ən böyük aktyorları bizdə toplaşıb. Çox güclü heyətdir.
- Bizim aktyorlarımız həmişə serialdan qaçıb. Onları daha çox film maraqlandırır.
- Bu, keyfiyyətlə əlaqəli olduğu üçün belə fikirdə olublar. Mənə də gəlsələr, aktyor olaraq mən də qəbul etmərəm. Bu iş ağıllıların deyil, dəlilərin işidir. Artıq bunu iyirmi il əvvəldən bilirdik. İş bizi yorur, amma kef də verir...
Lalə Yusifqızı

2276