Turan İbrahimovun qalmaqallı verilişi dayandırıldı - YENİLƏNİB
Lent.az-a daxil olan məlumata görə, proqramın ilk verilişinin çəkilişində qonaqlar – keçmiş millət vəkili Pənah Hüseyn və Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava-dalaşla nəticələnib.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev qalmaqala müdaxilə edib və Turan İbrahimovu tərəfsizlik qaydasını pozmaqda ittiham edərək, proqramın dayandırılmasını tapşırıb.
Teleaparıcı Turan İbrahimov çəkilişdə qalmaqal yaranmasını təsdiqləyib, lakin geniş açıqlama verməkdən boyun qaçırıb: “Verilişin bərpa olunub-olunmayacağı barədə heç nə deyə bilmərəm. Burda başqa səbəblər də var. Hələlik heç nə demək istəmirəm. Konkret qərar qəbul olunsun, sonra açıqlama verəcəm”.
Fazil Qəzənfəroğlu isə Lent.az-a açıqlamasında deyib ki, “Azərbaycanda parlamentdə real müxalifət varmı?” mövzusunun müzakirə olunduğu həmin verilişdə onunla Pənah Hüseyn arasında əlbəyaxa dava yox, çox sərt polemika olub: “Hər kəs də mövqeyini əsaslandırmağa çalışdı. Həmin polemikadan sonra Pənah Hüseyn verilişi tərk etdi. Biz isə verilişin qaydasına uyğun olaraq sona qədər gözlədik”.
Fazil Qəzənfəroğlu verilişin efirə verilməyəcəyi, dayandırılacağı barədə də ona hələ bir söz deyilmədiyini bildirib: “Mən verilişin çəkilən hissəyə qədər getməsinin əleyhinə deyiləm. Çünki öz mövqeyimi kifayət qədər əsaslandırmışam. Verilişin efirə verilib-verilməməsi artıq verilişi hazırlayanların problemidir”.
Pənah Hüseynlə əlaqə saxlamaq istəsək də, onun telefonu bağlı olduğu üçün rəyini öyrənə bilmədik.
Lalə
Ramiz

Oxşar yazılar

Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42
Mustafa Sandala məhkəmədən PİS XƏBƏR
27 iyun 2025 , 10:34