Xalq artisti qızını öz klipinə çəkib - EKSKLÜZİV
Sözləri Yusif Nəğməkara, musiqisi isə Arif Səlimova aid olan “Gülərim” mahnısının klipini Nail Naiboğlu çəkib.
Məleykə Əsədova bu barədə ilk olaraq Lent.az-a xəbər verib və deyib ki, klipi qızı Gülər üçün oxuyub: “Bu il Gülərin 6 yaşı tamam olur, həm də 1-ci sinfə gedəcək. Qızıma klip hədiyyə etmək istədim. Ona görə də bu klipi çəkdim”.
Aktrisa klipi sentyabrın 12-də qızının doğum günündə təqdim edəcək. Klip pavilyonda çəkilib. Çəkilişlər səhər saat 11-dən başlayaraq gecə yarısına qədər davam edib. Məleykə xanımla birlikdə qızı Gülər də klipə çəkilib. Klipdə aktrisa 7 obrazda olub. Klip xüsusi dekorasiyalarla rəngarəng olub.
Nail Naiboğlu Lent.az-a açıqlamasında aktrisa ilə əməkdaşlığın rahat olduğunu deyib: “14 saata yaxın davam edən çəkilişdə yorğunluq hiss etmədik. O peşəkarlıqla obrazları yaratdı. Təbii ki, bu da Məleykə xanımın aktrisa olmağından irəli gəlir”.
Klipin operatoru Elmir Süleymanov, prodüseri Pərviz Oqtayoğludur. Klip nağıla bənzər çəkilib.
Lalə Yusifqızı

Oxşar yazılar

Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39