Günay Musayeva və Tolqa Karel: “O xəbərlər bizim xoşbəxtliyimizə əngəl ola bilməz” - MÜSAHİBƏ
02 sentyabr 2011 17:30 (UTC +04:00)

Günay Musayeva və Tolqa Karel: “O xəbərlər bizim xoşbəxtliyimizə əngəl ola bilməz” - MÜSAHİBƏ

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və “Yaprak dökümü” serialından sonra Azərbaycanda populyarlaşan məşhur aktyor Tolqa Karel keçən həftə rəsmi nikaha daxil oldular. Cütlük evləndikdən sonra ilk dəfə Lent.az-a geniş müsahibə verib, yeni evlilik həyatı barədə danışıb.

- Günay, xoşbəxtlik arzu edirik! Maraqlıdır, azərbaycanlı olsan da, sənin evliliyin barədə ilk məlumatı ilk olaraq Türkiyə mətbuatı yaydı.

- Bu mənim günahımdır. Lakin mən həmişə deyirəm, Azərbaycan mətbuat nümayəndələri ilk növbədə mənim dostlarımdır. İnanın ki, evlilik xəbəri mənim üçün də sürpriz oldu. Sənədlərim hazırlandı, bir də baxdım ki, artıq evliyik (Gülür)

- Onsuz da qərar vermişdiniz, qısa zamanda evlənəcəkdiniz. Niyə bu qədər tələsdiniz?

- Bu, sadəcə nikahdır. Hələ toy mərasimi olmayıb. Gəlinlik geyinəcəyim məkanı hələ qərarlaşdırmamışıq, lakin gələn həftə Türkiyənin hansısa maraqlı, ürəkaçan bölgəsində toy olacaq. Toyun tarixini ilk dəfə sənə açıqlayıram. Sentyabrın 29-da isə Osmanlı adətləri ilə üçüncü toyumuz olacaq.

- Azərbaycanda toy eləməyi düşünmüsən?

- Azərbaycanda? Yox, düşünməmişəm, lakin mütləq Azərbaycana gələcəyik.

- Ailən evlilik xəbərini necə qarşıladı? Nikah günü yanında oldular?

- Yox. Ailəm yanımda yox idi. Lakin Osmanlı düyünündə, inşallah, gələcəklər.

- Tolqanın hansı xüsusiyyətlərini bəyənib bu qərarı verdin?

- Tolqa biz tanış olandan cəmi üç saat sonra mənə evlənmə təklif etdi. Əvvəl tərəddüd edib, “yox” dedim. Amma tanıdıqdan sonra anladım ki, geri çevriləsi insan deyil. İlk öncə, məni çox sevməsi, ikincisi, çox mədəni və zəkalı biri olması onun təklifini qəbul etməyimə səbəb oldu. Mən ağıllı və mədəni insanları sevirəm. Tolqa da həddən artıq ağıllıdır. Biz hər gün səhər yeməyindən sonra ən azı iki saat söhbət edirik. Mən hər gün ondan nə isə öyrənirəm. O insanla bir şeyi paylaşmaq, evlənmək lazımdır ki, onunla danışmağı bacarasan.

- Tolqa Azərbaycan dilini bilir?

- Hə, bilir. “Bakıya gedəndə Azərbaycan dilində danışacam”, deyir.

- Bəs, Tolqanın ailəsi qərarınızı necə qarşıladı?

- Çox yaxşı qarşıladılar. Atası çox yaxşı insandır. Mənə ata kimi davranır. Mənə yemək bişirməyi öyrətdi. İlk gündən “qızım” dedi.

- Ailəsi ilə birgə yaşayırsan?

- Yox, ailəsi artıq bağdadır, ancaq davamlı ünsiyyətdə oluruq, əlaqə saxlayırıq.

- Qaynanan, baldızın var?

- Tolqanın atası, anası bacısı var. Onlar məni çox sevdilər.

- Sənə nikah hədiyyəsi veriblər?

- İlk hədiyyəsi boyunbağı oldu. Özü hazırladıb mənim üçün. İkinci hədiyyə üzüklər oldu. Yavaş-yavaş...

- Ailən Tolqaya necə yanaşır?

- Onu serialdan tanıdıqları üçün “o sənə pis davranacaq”, dedilər. Mən onlara başa saldım ki, bu, onun yaratdığı obraz idi. Sənə bir şey deyim, mən bir kəşf etdim: Serialda pis xarakteri oynayan insanlar həyatda daha yaxşı insanlardır. Buna ən birinci misal Tolqadır. Hər gün məni xoş sözlərlə oyandırır. Saçımı sığallayır, oxşayır, birlikdə hər şeyi paylaşırıq. Bu, çox önəmlidir.

- Ancaq Tolqanın həyatında bu günə qədər çox insan olub...

- Bəli, çox olub, bu, normaldır. Lakin ilk hansı qadına evlənmək təklif etdi? Türkiyə mediası şəxsi həyata çox qarışır. Bəzən kimisə dostu ilə görüşdüyü vaxt belə, sevgilisi kimi təqdim edə bilərlər. Bax, “Sabah” qəzeti biz evləndikdən sonra mənim Elnurla olan münasibətimi burada başqa cür təqdim edib. Elnurla münasibətimi hamıdan yaxşı sən bilirsən. Amma türklər bizdən evli cütlüklər kimi bəhs etdilər. Mən modeləm, indiyə qədər 12 dəfə gəlin paltarı geyinmişəm. Öz gəlinliyimi bir həftə içində geyinəcəm. Türkiyə mətbuatında Tolqa və mənimlə bağlı yayılan xəbərlər isə bəsitdir, bizim xoşbəxtliyimizə əngəl ola bilməz. Biz hər gün 24 saat birlikdəyik və bu günə qədər nə yaşamışıqsa, hamısını paylaşırıq. Sayqı olmayan yerdə gözəl bir şey ola bilməz.

- Evlənəndən sonra Tolqa tərəfindən sənə hər hansı qadağa qoyulmadı?

Tolqa Karel cavab verir:


- Bu, insanlığa kölgə salır. Günayla bizim sevgili olmağa belə vaxtımız olmadı. Evliliyi bunun içində yaşayırıq, daha çox dost kimiyik. Mən onun həyat yoldaşıyam. Təbii ki, hər şeyi mənimlə məsləhət edəcək. Məntiqli şəkildə bütün məsələlərdə ortaq çıxış yolu tapacağıq.

- Siz daha yaxşı bilirsiniz, gecə barlarında çəkilişlər olan zaman necə reaksiya verəcəksiniz?

Tolqa Karel:


- Biz gecə gəzməyi sevən insan deyilik, onsuz da. İstanbulda evimiz var. Doğru yaşadıqdan sonra belə problemlərin olacağını zənn etmirəm.

- “Yaprak dökümü” serialı bitdikdən sonra türk mediası sizin haqqınızda “bitdi”, “sonu gəldi”, dedi. Bu stresli zamanı necə aşdınız?

- Belə bir şey olmamışdı. Serial bitdi, həyatımın beş ili keçdi. Təbii ki, ara verməliyəm, o demək deyil ki, getdim. Serialdan sonra iki filmə çəkildim. Bir çox təklifləri rədd etdim. Evdə ssenari əlindən yer yoxdu. 18 serialdan təklif gəldi. “Yaprak dökümü” kimi böyük bir işdən sonra daha da üstün iş olmalı idi. Belə də oldu. Əzəl Akay Türkiyənin ən tanınan rejissorudur. Onunla və Türkan Şorayla birlikdə rol alıram. Böyük bir şəhərdə serial çəkilir. 6 trilyonluq liralıq (3 milyon manat – L.Y) sərmayə qoyulub, söhbət milyonlardan gedir! Azərbaycanda ATV kanalında da eyni zamanda bu serialın yayımı gözlənilir. Bu, dövlət kanalının təklifidir. Çox böyük serialdır. “Yaprak dökümü”ndə mən dram oynadım. Bu serialda 4 xarakteri canlandıracam, həm qadın, həm də kişi rolunu oynayacam. TRT də anonslar gedir. İmicimi dəyişdim. Dünən eynək firmasından reklam təklifi gəldi. Tez-tez təklif gəlir, dünən çıxmış aktyor deyiləm. Qaldı ki, “bitdi, getdi”, “gəlməyəcək” xəbərlərinə, bu, türk mediasının axmaq versiyası idi. Hamı içki içir, təbii ki, ancaq mən alkoqolik deyiləm.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1721

Oxşar yazılar

Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16