Türkiyəli aktrisa: “Artıq mənə “Cazibə” deyirlər, azərbaycanlı olduğumu düşünürlər” - MÜSAHİBƏ –
Azərbaycanda maraqla izlənilən məşhur serial “Yaxşı Cazibə”nin çəkiliş meydançasından hazırladığımız materialları davam etdiririk. Bu dəfə “Cazibə” obrazının qəhrəmanı Aslıhan Gürbüzlə hazırladığımız müsahibəni təqdim edirik. Lent.az-ən əməkdaşı azərbaycanlı qız obrazını canlandıran məşhur aktrisa ilə söhbət edib, bir çox mövzudan danışıb.
Aslıhan Gürbüz barəsində qısa arayış: Aktrisa 16 fevral 1983-cü ildə Çanakkalə vilayətində dünyaya gəlib. Gürbüz Mimar Sinan Universiteti teatr məzunu olduqdan sonra ilk dəfə 2008-ci ildə “Qonçə Qərənfil” adlı serialda Qönçə xarakteri ilə ekrana çıxıb. Ardından “Bir Bulud Olsam” serialında Asiyə Bulud xarakterini canlandırıb. 2009-cu ildə “Kanal-i-zasyon” filmi ilə kino dünyasına addım atıb.
Hazırda “Yaxşı Cazibə” serialında Cazibə adlı xarakteri canlandırır. İnternet səsverməsinə görə, “ilin ən yaxşı aktrisası” adına layiq görülüb.
Aktrisa türk dilində danışmaqda çətinlik çəkdiyimi görüb, jest etdi:
- Sən azərbaycanca danış, mən Azərbaycan dilini yaxşı bilirəm.
- Bildiyimə görə, Azərbaycanla heç bir əlaqəniz olmayıb. Aslıhan Gürbüz üçün azərbaycanlı qız-Cazibə rolunu oynamaq çətin olmadı ki?
- Mən həm də konservatoriyada təhsil almışam. Orada Zəminə Hacıyeva adlı azərbaycanlı müəlliməm vardı. Konservatoriyada dilə hakim olmaq mənasında demək olar ki, təcrübə aldım.
- Niyə məhz siz azərbaycanlı Cazibə oldunuz?
- Düşünürəm ki, mən onları inandırdım. “Yaxşı Cazibə”də rol almaq, komediya janrında oynamaq yaradıcılığımda ilk idi. Fərqli bir şey istəyirdim. Onlar da mənə inandıqları üçün rolu həvalə etdilər.
- Azərbaycan qızına xas olan xüsusiyyətləri mənimsəyə bilmisiniz? Ümumiyyətlə, necə düşünürsünüz, türkiyəli və azərbaycanlı xanımların psixologiyasında fərq var?
- Yox, hesab etmirəm. Lakin mütləq deməliyəm: Azərbaycan qızları türk qızlarından daha müasir və savadlıdır. Təbii ki, sizdə Rusiya ilə yaxınlıq da böyük rol oynayıb. Qaldı ki türkiyəli və azərbaycanlı xanımlarının düşüncə tərzinə, mən onların arasında elə böyük fərq olmasına inanmıram. Dediyim kimi, azərbaycanlılar bir az daha müasirdirlər – onlar türk qızları ilə müqayisədə daha savadlı və açıq düşüncəlidirlər. Qadın kimi xarakterlərində oxşarlıq var, çünki bizim də qanımızda Ağdəniz (Aralıq dənizi – Red.) qanı var. Millətimizdə hadisələr ani reaksiya vermək, özünü təsdiq kimi meyllər var.
- Serialdakı tərəf müqabiliniz söhbətimiz zamanı dedi ki, Aslıhanı hamı real həyatda azərbaycanlı kimi qəbul edir. Bu fikir nəyi dəyişdirdi?
- Doğrudur, razıyam. İnsanlar mənə “Cazibə” deməyə, azərbaycanlı kimi tanımağa başladı. Bir də bu günə qədər belə populyar deyildim. İndi isə bu serial sayəsində çox tanınıram. Əlbəttə ki, bunda Azərbaycan qızını oynamaq, rolumun özəlliyi də rol oynadı.
- Bildiyimə görə, “Cazibə” rolu sizə mükafat da qazandırıb.
- Bu, mənim ilk mükafatımdır. İnternet səsverməsi nəticəsində ilin yaxşı aktrisası adına layiq görüldüm. Əlbəttə ki, çox sevindim.
- Serialı izlədikcə adama elə gəlir ki, Azərbaycan dilində danışmaqda çətinlik çəkirsiniz.
- İlk əvvəl həqiqətən Azərbaycan dilində danışmaq çətin idi. Azərbaycan dili də köhnə Osmanlı türkcəsi ilə eynidir. Biz tarixi hadisələrdən dolayı dəyişikliyə uğramışıq, dilimizi unutmuşuq, lakin Azərbaycan dövləti unutmayıb. Düzdür, əvvəlcə tələffüzdə çətinlik çəkirdim idi, indi yavaş-yavaş öyrəşirəm. Bir də ki, təmiz Azərbaycan dilində danışsaydım, məni türkiyəli tamaşaçısı anlaya bilməzdi. Məlahət abla (Türkiyədə fəaliyyət göstərən aktrisamız Məlahət Abbasova- L.Y) sağ olsun, serialı hamının anlaya biləcəyi bir şəkildə bizə öyrətməyə başladı.
- Cazibənin simasında Azərbaycan qızında hansı xüsusiyyətləri sevirsiniz?
- Cazibənin inadını sevirəm. Bir də adət-ənənələrinə bağlıdır. Saxta yolla evlənə də, bunun həqiqət olmadığının fərqindədir və Kamalla arasında sərhəd var. Cazibə mərhəmətlidir. Cazibəni sevirəm. Sevməsəydim, oynaya bilməzdim.
- Cazibə ilə Aslıhanın ortaq tərəfləri var?
- İkimiz də yemək bişirməyi sevirik. İnadcılıq, möhkəm iradəmiz, inadımız var.
- Bəs Azərbaycan qızı Cazibədə nəyi bəyənmirsiniz?
- Nə qədər qardaş ölkə desək də, mən təkbaşına gəlib Azərbaycanda işləyə bilmərəm. Cazibə kimi riskli, cəsarətli biri deyiləm. Mən Cazibə kimi qərar verib başqa ölkədə işləyə bilmərəm.
- Tanıdığınız azərbaycanlı gənc xanım var?
- Bayaq haqqında danışdığım müəlliməm Zəminə xanımın qızı ilə tanışlığım var. Bilirsiniz, insan hər yerdə insandır. Başına gələnlər fərqli olsa da, qadınların hiss etdikləri eynidir.
- Siz özünüz necə insansınız? Fərqli cəhətiniz yoxdurmu?
- Demək olar ki, yox. Aslıhan Gürbüz imzasının xaricində digər qızlardan fərqim yoxdur. Serialdan sonra dostlarımla görüşürəm. Boş günlərimdə anamın yanına gedirəm. Evimi təmizləyirəm.
- Subaysınız?
- Hə, subayam.
- Təsəvvür edin ki, azərbaycanlı kişi ilə ailə qurmusunuz...
- Bilirsiniz, 28 yaşım var, “onu etmərəm”, “bunu etmərəm”, dediyim vaxt hamısını etməli olmuşam. “Heç vaxt plov yemərəm” dedim, amma serial çəkilişlərində artıq yeməyə başladım. Elə bu mövzuda da “həyatda olmaz!” deyə bilmərəm. Qismət gələndə dilin lal, gözün bağlı olur. Bir də mən ailəmdən aldığım tərbiyədən dolayı bütün insanlara eyni gözlə baxıram.
- Filmin yaradıcı heyətinə azərbaycanlı aktyor Baycan qoşulub. Azərbaycan dilində danışmaq artıq heç çətin olmaz.
- Məlahət xanım da Türkiyəyə gələndə ona türk dilini öyrənməkdə kömək ediblər. Emin Məcnunbəyli ilə də ünsiyyətimiz var. Dilimizdə anlaşılmayan sözləri öyrədir. Artıq zarafatlaşmağa başladıq. Anlaşılmayan sözləri öyrədir. Sizin dilinizdə elə ifadələr var ki, onlar bizim dildə başqa cür səslənir. Bunun da gülüş yaradan tərəfləri var. Bizim dildə bir cür, Azərbaycan dilində başqa mənanı verən bəzi ifadələrinizi öyrənmişəm.
- May ayında Azərbaycana gələcəkdiniz, lakin səfər olmadı.
- Belə bir təklif olmuşdu. Önümüzdəki mövsüm inşallah, yəqin ki, alınar.
Lalə Yusifqızı

1882