Evini əxlaqsızlıq yuvasına  çevirən 66 yaşlı qadın belə CƏZALANDIRILDI
21 fevral 2026 18:49 (UTC +04:00)

Evini əxlaqsızlıq yuvasına çevirən 66 yaşlı qadın belə CƏZALANDIRILDI

0

Tovuzda evini əxlaqsızlıq yuvasına çevirən qadın cəzalandırılıb.

Lent.az-ın məlumatına görə, Tovuz şəhər sakini olan 66 yaşlı Fəridə Nəzərova (ad və soyad şərtidir) özünə məxsus yaşadığı evdə əxlaqsızlıq yuvası təşkil edib.

İttiham aktına görə, o, gözəllik salonunda işləyən bir qadının fahişəliyə cəlb etdiyi həmcinslərini üçün öz evində kişilərlə görüşdürüb. Bunun üçün həmin 3 qadından hərəsindən 10 manat olmaqla, ümumilikdə 30 manat alıb. Növbəti belə cinayət zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında evə baxış keçiriblər. Nəticədə fahişəliyə cəlb olunan qadınlar və onlarla görüşən kişilər mənzildə saxlanılıblar.

Məlumata görə, evdə əməliyyat keçirilən gün Fəridənin evində 2 oğlan və 3 qadın görüşərək əxlaqsızlıqla məşğul olublar.

Ev sahibi Fəridə Nəzərova barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə o, 2600 manat məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar