Yaromir Yaqr 54 yaşında karyerasını bitirdi
22 fevral 2026 00:39 (UTC +04:00)

Yaromir Yaqr 54 yaşında karyerasını bitirdi

0

Çexiya milli komandasının heyətində 1998-ci il hokkey üzrə Olimpiya çempionu olmuş Yaromir Yaqr karyerasının bitdiyini elan edib.

Lent.az xəbər verir ki, bu barədə iDnes.cz idmançının açıqlamasına istinadən məlumat yayıb.

54 yaşlı hokkeyçi Çexiyanın "Rıtiyi Kladno" klubunun oyunçusu olub və sonuncu dəfə dekabrın 21-də meydana çıxıb.

O, peşəkar karyerasına 1988-ci ildə başlayıb. "Avanqard" (Rusiya, Omsk) hokkey klubu ilə Avropa Çempionlar Kubokunu (2005) və 2011-ci ildə Kontinental Kuboku qazanıb. Yaqr Olimpiya çempionu (1998) və ikiqat dünya çempionudur (2005, 2010).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar