“Yahşi Cazibə”nin Kamalı: “Kamal nə Cazibə, nə də Simgə ilə evlənməlidir” – MÜSAHİBƏ - FOTOLENT
Türkiyədə və Azərbaycanda populyar olan “Yaxşi Cazibə” teleserialında “Kamal” obrazını canlandıran aktyor Hakan Yılmaz Lent.az-a eksklüziv müsahibə verib. Serialda azərbaycanlı qızı ilə saxta nikah qurub müxtəlif macəralarla qarşılaşan aktyor tərəf müqabili, özü və Azərbaycanla bağlı fikirlərini bölüşüb.
Filmi izləmək fürsəti olmayanlar üçün qısa xülasə verək: Azərbaycanlı Cazibə Abbasova Türkiyədə işləmək üçün Türkiyə vətəndaşı ilə formal olaraq, evlənməyə qərar verir. Bu işdə Gül xanım adlı qadın Cazibəyə kömək olur. İdxalat şirkətində az məvacib alan və maddi sıxıntı çəkən Kamal adlı türk biri bu təkliflə razılaşır.
Lakin Kamalın qonşusu, psixopat komissar Pəkər Pəkməzə bu cütlüyü izləmək, raport hazırlamaq tapşırığı verilir. Onlar da məcbur qalıb Pəkməzi inandırmaq üçün bir evdə yaşamalı olurlar. Burada bir problem də var ki, onlar üç ildən sonra bir bəhanə tapıb ayrılmalıdırlar.
- “Yahşi Cazibə” ilə populyarlıq qazandınız, lakin Azərbaycan tamaşaçılarının müəyyən qismi sizi “Ayrılsaq da bərabəriz” “sitkom”undan (sitkom- studiya şəraitində çəkilən komediya serialı- L. Y) tanıyır...
- “Ayrılsaq da bərabəriz” mənim peşəkar olaraq, gördüyüm ilk işlərdən idi. O da ər-arvadın hekayəsi idi, Türkiyədə hazırlanan ilk “sitkom”lardan biri idi. Uzun vaxt davam etdi. Ondan sonra çox iş gördüm, amma “Yahşi Cazibə”dən daha fərqli oldu. “Yahşi Cazibə” bu günə qədər gördüyüm işlərin ən maraqlısıdır, bunu deyə bilərəm.
- Maraqlıdır, hər iki serialda qadınlarla eyni evdə, lakin ayrı otaqda yaşamağa məhkumsunuz. Rejissorlar niyə eyni “taleyi yaşamağa” məcbur ediblər?
- Qadınlarla məni yan-yana gətirməməyə çalışırlar. Xəstəliyim var, manyakam (gülərək zarafatla əlavə edir). Bilmirəm vallah, bəlkə də ssenaridə bir-birinə yaxınlıq, oxşarlıq kimi görünə bilər, lakin əslində sözügedən seriallar mövzu baxımından uzaqdırlar. Orda eyni evdə ayrı yaşayırlar. Lakin buna baxmayaraq hər gün komik, gözəl vəziyyətlər meydana çıxır.
- Real həyatda Cazibə xarakteri ilə oxşar olan azərbaycanlı qıza rast gəlmisiniz?
- Heç rastlaşmadım. Əslinə baxsanız, hər yerdə - Cənubi Afrikada, Azərbaycanda, Türkiyədə də qadınların hamısı eynidir. Həssas mənada qadınların damarına basdıqca Cazibə kimi olur. Azərbaycan və Türkiyədəki qadınlar isə bir-birinə daha çox bənzəyir, çünki mədəniyyətlərimiz demək olar ki, eynidir.
- Kamal obrazı bir az fırıldaqçı olsa da, Cazibənin avamlığından istifadə etmir, ona hörmətlə yanaşır. Tamaşaçıların çoxu onların eyni evdə nə zaman eşq macərası yaşayacağını səbirsizliklə gözləyir.
- Cazibə avam, məsum deyil. Kamal ona yaxınlaşmaq istəyir, lakin o, icazə vermir. Kamal da onun içindəki gözəlliyin fərqinə varıb aşiq olur. Qızın mərhəmətini, qayğıkeşliyini görür, azərbaycanlı qız axşamlar sənəd üzərində həyat yoldaşı olan türk ərini qarşılayır, yemək hazırlayır. Həyat yoldaşı da indiyədək belə diqqət görmədiyi üçün ona gündən-günə bağlanır. Ona görə də istər-istəməz Cazibənin əxlaqına, gözəlliyinə sevgi ilə cavab verməli olur. Həyatda da belə hallar olur, qadın kişiyə elə yanaşa bilər ki, xarakterindən asılı olmayaraq, həmin kişi qadınla pərdə saxlaya və ona hörmət etməyə məcbur ola bilər. Heç nə onu sevməyə də əngəl ola bilməz.
- Siz Cazibənin simasında Azərbaycan qadınlarının belə olduğuna inanırsınız?
- Əslində Aslıhan bu rolu çox gözəl canlandırıb. Ətrafda artıq hamı Cazibənin türk olmasına şübhə etməyə başlayır. Hamı soruşur ki, Aslıhan türk, yoxsa azərbaycanlıdır? Cavabında “türkdür”, deyəndə isə təəccüblənirlər.
- Sizcə Azərbaycanda cazibələr, Türkiyədə simgələr nə qədərdir? Heç müqayisəniz oldu?
- Yox olmadı, lakin Azərbaycanda da, Türkiyədə də mütləq ki cazibələr var. Sadəcə, bu cür xarakteri Azərbaycanlı qız adından ssenariyə daxil etdik. Əminliklə deyə bilərəm, Simgə kimi qızlar da Türkiyədə çox deyil. Əslində serialdakı xarakterləri ümumi mənada qəbul etmək də lazım deyil. Məncə, Azərbaycanda da cazibələr azdır. Düşünürəm, ağlımda belə bir çərçivə yoxdur. Filmlərdə “fıstıq” (çox gözəl, cazibədar) kimi azərbaycanlı qızlar gördüm.
- İndi demək istəyirsiniz ki, Cazibə “fıstıq” kimi deyil, bu səbəbdən otaqlar ayrıdır?
- Yox, o mənada demədim(Gülür). İlk mərhələdə mənə çox etiraz gəldi, “facebook”da azərbaycanlılar bir-birinin ardınca məktublar yolladılar ki, azərbaycanlı qızlar belə deyil, onlar burda yaşamaq üçün gəlib bir adamla evlənmirlər. Mən yorulmadan onlara eyni cavabı verdim: “dostlar, bu bir komediyadır!” Bizim dildə belə danışılmır. Biz də cavab verdik ki, bu serial əslində türk auditoriyası üçün nəzərdə tutulub. Biz Aslıhana dərs keçib sırf Azərbaycan dilində də danışdıra bilərik, lakin o sizin kimi danışsa, heç kim anlamaz. Hələ mən özüm bəzi vaxtlar Aslıhanın dediyi sözləri anlamaqda çətinlik çəkirəm. Aslıhanla danışanda deyirəm, sən türk dilini öyrən. Səmimi deyirəm! O mənə “kökəlmisən” deyən vaxt serialı izləyən anam bunu nə demək olduğunu başa düşməyib. Ən azından türklərin başa düşməsi üçün “kilo almısan” deməlidir. Film davam etdikcə, artıq o aqressiya azalmağa və sevgi məktubları gəlməyə başladı. Əlbəttə ilk vaxtlarda belə təpkilər olacaq.
- Türk qızı Simgə obrazı müsbət nümunədən kənardır. Əksinə Cazibə “Yahşi Cazibə”də serialında namus əxlaq simvoludur, əslində etiraz türk tamaşaçılarından gəlməli idi.
- 70-ci illərdə Türkiyədə bir film çəkdilər. Adı “Gecəyarısı ekspressi” idi. Türklər hamısı etiraz etdi, qadağalar qoyuldu. Bu, sadəcə komediyadır. İçində eşq var. Lakin Azərbaycan tamaşaçıları bu mövzuda bir az sərt oldu.
Müsahibədə iştirak edən Aslıhan Gürbüz (“Cazibə” xarakterinin aktrisası) müsahibəyə müdaxilə edir:
- İnanın, bu serialdan sonra qadınlar oğullarına ailə qurmaq üçün azərbaycanlı qızı axtarmağa başladılar. Gəlinimiz Azərbaycanlı qız olsun, dedilər.
- Türk qızlarından heç bir etiraz gəlmədi?
- Yox, qətiyyən, serial kimi qavradılar, etiraz-filan etmədilər. Onlar sadəcə baxırlar və gülürlər. Komik deyirlər, hətta inanırlar. Onun rol olduğunu bilirlər. Cazibə və Kamal serialın daha gerçək xarakteridir. Barış rolu gerçək deyil. Çox gerçək olan Cazibə obrazı var. Tamaşaçının beynində bir sual var: “Abi qız gerçəkdən azəridir?”
- Cazibə kimi bir qadınla evlənmək istərdiniz?
- Hə, niyə də olmasın?!
- Amma o, yaxşı olması ilə bərabər bir qədər real həyatla ayaqlaşmaqda çətinlik çəkən insandır.
- Sənə bir şey deyim, bütün kişilər bu tərz qızları sevir və sahiblənmək istəyir. Türk kişiləri daha çox bu qadınları sevir. Əslində mən tipik türk kişisini oynayıram. O tərz sevgilisi və o tərz həyat yoldaşı var.
- Deməli, bir türk kişisi kimi realda bir həyat yoldaşına və sevgiliyə sahibsiniz.
- Xeyr! Bir qızım var, 4 ildir, həyat yoldaşımdan ayrılmışam, sevgilim var. Kamalın mənə bənzəyən çox oxşarlığı yoxdur. Onun kimi tez əsəbiləşən, axmaq hərəkətlər edən bir tip deyiləm.
- Kamalla Cazibə əsl ailə yarada biləcəklər?
- Məndən soruşsalar, deyərəm ki, bu serialın sonunda Kamal nə Cazibə, nə də Simgə ilə evlənsin. O, hər ikisini də aldadır. Əslində Kamal bir az vicdansız, fırıldaqçı insandır. Cazibə və Simgənin bunu anlayıb ondan üz döndərmələri və Barışla birləşmələri daha gözəl son olar. Təbii ki, bunu türk tamaşaçısı qəbul etməz.
Lalə Yusifqızı

1082