“Arka sokaklar”ın Hüsnüsü: “Azərbaycanlıların danışığı məni daha çox cəlb edir” - MÜSAHİBƏ
Azərbaycanda böyük maraqla izlənilən məşhur türk serialı “Arka sokaklar”da komissar Hüsnünü canlandıran aktyor Özgür Ozanla İstanbulda çəkiliş meydançasında görüşdük. Azərbaycanlı tamaşaçılar onu daha əvvəl “Çocuklar duymasın” serialının öncəki variantında “kılıbık” (arvaddan qorxan) Selami kimi tanıyıblar.
Özgür Ozan 1985-ci ilə qədər professional basketbolçu olub. Eyni zamanda peşəkar aktyor olan Ozan İzmirdəki Dokuz Eylül Universitetinin aktyorluq bölümündə təhsil alıb. Bursa Dövlət Teatrında rol alıb, uşaq teatrında işləyib. “Çocuklar Duymasın” serialında canlandırdığı, Səlami xarakteri ilə şöhrətlənib. Hazırda “Kanal D”-də yayımlanan “Arka Sokaklar” serialında Komissar Hüsnü rolunu canlandırır. Özgür Ozan evli və bir uşaq atasıdır.
Özgür Ozanın Lent.az-a müsahibəsini təqdim edirik.
- Sizi Azərbaycanda hələ də “Çocuklar duymasın” serialının qəhrəmanı Səlami kimi tanıyırlar, daha çox komediya film aktyoru kimi xatırlayırlar. Bu səbəbdən də bu tip aktyorları görəndə istər-istəməz insanın üzündə təbəssüm yaranır. Bəs buradakı insanların sizə yanaşmaları necədir?
- Sizin ölkənizdən o qədər də fərqli münasibət deyil. İnsanlar gördükləri zaman gülümsəyirlər. İndi “Çoçuklar duymasından” fərqli yanaşmağa başlayıblar. Çünki beş ildir ki, “Arka sokaklar” serialında rol alıram. Səlami xarakterinin bir uşağı az imiş yəqin, burada rejissor mənə daha çox məsuliyyət verdi, artıq 5 uşaq atası oldum. Səlami sevimli, qanışirin və bir qədər yumşaq xarakter idi, məmur maaşı ilə də keçinirdi. Səlamidən digər serial qəhrəmanına bir qədər yumşaq dönüş etdim. Bu serialda o qədər də kəskin xarakteri oynamıram.
- Türk kişisindən çox uzaq bir xarakteri canlandırdınız...
- Hə, əlbəttə, türk kişisi belə deyil. Bu səbəbdən də filmdə istehza ilə “light ərkək” (“yumşaq kişi”) çağırılırdım. Halbuki Səlami son dərəcədə anlayışlı, ailəsini, qadınını çox sevən, sürprizlər edən insandır. İndi oynadığım Hüsnü Çobanın da elə bir xarakterə bənzərliyi var. Əlbəttə ki, Səlamidən sonra Hüsni Çobanın sevilməsi məni sevindirir.
- Sizi küçədə uşaqlar hansı adla çağırırlar: Səlami, yoxsa Hüsnü Çoban kimi?
- Əvvəllər Səlami idim, indi isə Hüsnü Çoban kimi anılıram.
- “Çoçuklar duymasının” qəhrəmanı Tamer Karadağlı həyatda o “taşfırın ərkəyi” tipindən çox uzaqdır. Amerikada yaşadı, orada təhsil aldı, məntiqi və düşüncəsi də elə inkişaf edib. Siz necə, Səlamiyə yaxınlığınız varmı?
- Vallah, əslində hamının Səlamiyə uzaqdan və ya yaxından oxşarlığı var. Kişilər həyat yoldaşlarına sürprizlər edirlər, gül alırlar. Kişilər sadəcə, ətrafdakıların münasibətindən dolayı qadınlarına məsafəli münasibət göstərməli olurlar. Mən nə sərt, nə də yumşaq insanam. Sürprizlər etməyi, həyat yoldaşıma zaman ayırmağı sevirəm. Həyat yoldaşımla vaxt keçirmək əvəzinə kişi dostlarımla oturduğum zamanlar da var. Onun da özünə ayırdığı, mənim də özümə ayırdığım vaxtlar ola bilər. Çox da diz-dizə, ağız-ağıza vaxt keçirən bir insan deyilik.
- Siz serialdan çox sevildiyiniz bir vaxtda ayrıldınız. Bunu nə üçün etdiniz?
- Mən o serialdan ayrılmadım. Həmin vaxt serial yarımçıq qaldı.
- “Çocuklar duymasın” bu gün davam edir və rolda siz həyat yoldaşınızdan boşandığınız üçün yoxsunuz.
- “Çoçuklar duymasın” yarımçıq qaldığı vaxt “Arka sokaklar”a təklif aldım. Və o vaxtdan beş il keçdi. “Çocuklar duymasın” isə bu mövsüm yenidən nümayişə başladı. Amma o serialdan ayrılıb yenidən qayıda bilməzdim. Birincisi, bu “Arka sokaklar”ın heyətinə qarşı hörmətsizlik olardı, ikincisi, müqaviləm var. Hər şey bir yana, yeni dünya yaratmışam, başqa obrazdan Səlamiyə qayıtmaq da maraqlı deyil. Onlar yenidən başladıqları üçün dünyalarını Səlamisiz qura bilərdilər. Lakin mənim yerimə də başqa birini seçmədilər, məncə ən doğrusu da bu idi.
- Çox populyar bir obrazı yaratdınız. Bundan sonra işiniz daha da çətinləşdi. “Hüsnü”yə kölgə sala və qəbul olunmaya bilərdiniz. Belə bir düşüncə sizi qorxutmadı ki?
- Əlbəttə narahat oldum. İlk vaxtlarda özümü bəyənmədim. Amma serialın ssenarisini bəyənmişdim. Axı mən parlaq roldan sonra “Kurtlar vadisi”ndəki kimi dəmir xasiyyəti canlandırmamışdım. Ona görə də tamaşaçı tərəfindən qəbul edildim. Bu, hamıya qismət olmur. Qorxduğum başıma gəlmədi.
- Serial peşəkar aktyor üçün nəyi ifadə edir?
- Pulu! Sadəcə kommersiya yanaşmasıdır. Serialın sənət dəyəri olduğuna inanmıram. Bu işin sənət olduğunu düşünməyin. Artıq türk serialları dünya bazarında satılır. Bu daimi olmayan sənətdir.
- Sizin fəaliyyət göstərdiyiniz sektorda yalnız pul xatirinə işləyənlər çoxdur?
- Pul xatirinə işləyənlər də var, serialın ssenarisini bəyənib qoşulanlar da var. “Mən pul xatirinə seriala çəkilə bilmərəm” deyib imtina edənlər də oldu.
- Serial digər tərəfdən də məşhur olmaq üçün sizdə çox asan vasitədir.
- Xüsusilə manekenlər bu işdə daha çox həvəslidirlər. Onlara da elə gəlir ki, aktyorluq asan sənətdir. Bizdə bu cür qeyri-professionallarla qaynayıb-qarışmalı oluruq. “Onların olduğu yerdə biz olmaq istəmirik” deyə tələblərimiz olmur. Kiminlə və hansı rolu oynayacağınıza istehsalçı şirkət qərar verir. Amma pul verib kinoteatra gedən insanların baxacağı filmə çəkildiyin zaman diqqət etməli olursunuz.
- Obrazların arasında sevimli rolunuz yarandımı?
- Əslində indiki rolumu çox sevir və bəyənirəm. Bir də hansı rolu oynayıramsa oynayım, komediya janrına daha çox meyl edirəm. Təbiətcə həyatsevər, pozitiv insanam. Həyatın içindən birini oynamağı, problemli rolların öhdəçiliyini götürməyi, o cür rolları canlandırmağı heç istəmirəm.
- Bir az da şəxsi həyatınızdan danışın...
- Bir oğlum var, ailəliyəm. Ailəmə bağlı, nəşəli insanam. Səs-küy salmağı, problem yaratmağı sevmirəm. Yardımsevərəm, insanlar xoşbəxt olanda mən də sevinirəm. Evliliyimi xoşbəxt və rahatlıq içində davam etdirirəm.
- Türkiyədə evli və sənəti ilə məşğul olan sənət adamları çox azdır. Hətta sizi bu qəbildən istisnalardan biri hesab etmək olar.
- Mən bunu sənətlə izah etmək istəmirəm. Əslində o şəxsiyyətlə bağlı olan məsələlərdir. Ola bilsin, sənət adamında xüsusiyyətçilik var. Sadəcə biz göz önündə olduğumuz üçün daha çox nümunəyə çevrilirik. Həyat nə gətirəcək deyə bilmərəm, lakin mənim evliliyim davam edir. Bir də ki bunun daha çox insanla əlaqəsi var. O səbəbdən də eyni yastığa baş qoya biləcəyimiz insanlarla necə ünsiyyət qurub danışa bilməyimiz barədə yaxşı düşünməliyik. Sevmək məcburi deyil, amma hörmət etmək məcburidir. Hörmət etməyi bacaran ailəsi ilə də mütləq yaxşı rəftar edəcək. Aktyorların eqoları yüksəkdir. Onları çox insan sevir. Bəlkə bu xarakteri dəyişdirə və ailədə çətinlik törədə bilər, nə deyim...
- Azərbaycanlı sənətçilər Türkiyədə, türkiyəli sənətçilər isə Avropa və Amerikada məşhur olmağa can atırlar.
- Mənim elə bir niyyətim yoxdur. Bu istəksizlik bir az da əcnəbi dili bilməməklə bağlıdır. Bizdə Türkiyədə rolu ifa etmək üçün konservatoriyada dilçilik bölümü var. Dünya miqyasında iş görmək üçün yaxşı dil bilmək lazımdır. Ölkə xaricində filmə çəkilmək maraqlı dəyişiklik ola bilər. Ondan başqa arzu etdiyim və amala çevirdiyim bir şey ola bilməz. Üstəlik son illər dünya starları pul müqabilində Türkiyə sənət aləmində özlərini sınamağa başladılar.
- Azərbaycanla bağlı nə kimi məlumatlarınız var?
- Azərbaycanı televiziyadan təqib edirəm. İnsanları çox sevimli, qanışirin, duzlu insanlardır. Onların danışıq tərzləri məni cəlb edir. Son dəfə “Eurovision”da türk bayrağı ilə çıxmaları məni onlara bir az daha da yaxınlaşdırdı.
Lalə Yusifqızı

1864