“Eurovision-2011” ərəfəsində yaşananlar və Almaniya təəssüratları... – REPORTAJ
Bu qələbəni Almaniyada, may ayında qazandığımız üçün ikiqat sevindik və bir daha Azərbaycanın böyüklüyünü, mübarizliyini dünyaya nümayiş etdirdik. Azərbaycan bu qələbəni böyük mübarizə əzmi ilə qazandı. Sözsüz, qələbəyə doğru gedən yolda çətinliklər də var, elə qələbəmizə də sevinməyənlər çox oldu. Bu halı Almaniyada daha çox gördük, amma bu cür yanaşmalar sevincimizi azalda bilmədi. Çoxları öz-özünə bu sualı ünvanlayır: “Niyə məhz bu müsabiqəyə cəmi 4 il əvvəl qatılmış Azərbaycan?” Əslində səbəbi bu suala cavab axtaran hər bir insan bilir, sadəcə gerçəkliyi qəbul etmək çoxları üçün çətindir. Azərbaycanın bu müsabiqədə hər bir təmsilçiliyi - qələbədir. Bu qələbəyə layiq olduğumuz üçün qalibik! Dünən bizlərdən bayrağımızın hansı ölkəyə məxsus olduğunu, Azərbaycanın hansı coğrafi istiqamətdə yerləşdiyini soruşanlar bu gün Azərbaycanımızı, bayrağımızı tanımağa məcburdur.
Azərbaycanın “Eurovision” müsabiqəsində təmsilçiliyi ərzində yalnız 2008-ci ildə Serbiyada keçirilən yarışmada iştirak edə bilməmişəm. Ancaq üç il boyunca hər il bu müsabiqəni canlı izləmək, arenada və arenadan kənarda baş verənləri işıqlandırmaq imkanı qazanmışam. Moskva - təşkilatçılığı, Oslo - soyuqluğu, Düsseldorf isə qələbəmizlə yaddaşıma həkk olunub... Qələbəyə gedən yol və Almaniya təəssüratlarımı sizlərlə bölüşürəm.
“Eurovision-2011”in fərqlilikləri və Azərbaycan bayrağı “Esprit Arena”da
...Düsseldorfda baş tutan 56-cı “Eurovision” yarışması iştirak etdiyimiz əvvəlki yarışmalardan bir qədər fərqlənirdi. Əsas fərq müsabiqənin təşkilatçılığı sahəsində qayda-qanunların daha da sərtləşməsi idi. Bu qadağalar daha çox mətbuat nümayəndələrinə tətbiq olunmuşdu. Əvvəllər mətbuat konfranslarından, məşqlərdən sonra müsabiqə təmsilçiləri ilə görüşməyə icazə verilirdisə, Almaniyanın ev sahibliyi etdiyi builki yarışmada bu mümkün deyildi. Konkret prosedura var - hər mətbuat konfransından sonra müsahibə götürmək üçün xüsusi nümayəndəyə yanaşmalı, xüsusi blankda lazım olan bütün məlumatları qeyd etməli və sonra növbə gözləməlisən. Bir iştirakçıdan müsahibə almaq iki saata yaxın vaxt itkisinə başa gəlir. Ancaq dözümlülük nümayiş etdirib, bacardığım qədər çox təmsilçi ilə görüşmək imkanı qazandım. Digər fərqli məqam - hər gün mətbuat mərkəzinə daxil olan jurnalistlər tək-tək yoxlanılırlar – almanların müsabiqə çərçivəsində hansısa problemin yaranmasından kifayət qədər ehtiyatlandığı göz qabağında idi.
Ötən illərdən fərqli olaraq, bu il media mənsublarına təmsil etdiyi ölkənin bayrağını mətbuat mərkəzində əyləşdiyi stolun yanında asmağa icazə verilmirdi. Media mənsubları üçün builki yarışmanın sponsorlarından “Metro Group” almalar paylanır, jurnalistlərə çay, qəhvə və digər isti içkilər ödənişsiz təklif olunurdu. Hər il müsabiqəni işıqlandırmağa gələn media təmsilçiləri demək olar ki, vaxtlarının çoxunu bu məkanda keçirirdilər. Müsabiqə öncəsi hər bir məşq, keçirilən mətbuat konfransları mərkəzdə quraşdırılmış xüsusi ekranlarda nümayiş etdirilir. İki həftə boyunca “Esprit Arena” xüsusi qaydada mühafizə olunurdu. Bu arenada hazırlanan möhtəşəm səhnənin canlı şahidi olmaq başqa bir sevincdir. Almanlar səhnənin hazırlığına xeyli vaxt sərf etmişdilər və nəticədə son dərəcə göz oxşayan bir məkan ortaya çıxmışdı. Həqiqətən də bu səhnəyə, ən əsası həmin səhnədə qalibiyyətimizə görə, üzləşdiyimiz bəzi xoşagəlməyən məqamları almanlara bağışlamaq olar.
Bu arenanı tam dövr etmək üçün ən azı beş saat vaxt tələb olunur. Almaniyaya gəldiyimiz gün elə ilk getdiyimiz yer məhz “Esprit Arena” oldu. Bu arenanın tam qarşısında Azərbaycan bayrağının dalğalandığını görmək bizə çox böyük sevinc hissi yaşatmışdı. Orada Azərbaycan bayrağı ilə yanaşı, daha beş təmsilçi ölkənin bayrağı asılmışdı. Bir neçə gündən sonra bayraqlar oradan çıxarıldı və bu bizi çox təəssüfləndirdi. Sonradan öyrəndim ki, arenanın qarşısında bayraqları asılmayan digər ölkələrin nümayəndə heyətləri etiraz edərək həmin beş bayrağın oradan çıxarılmasına müvəffəq olublar. Azərbaycan bayrağı “Esprit Arena”nın qarşısından çıxarılsa da, həmin o möhtəşəm səhnədə 43 bayraq arasında qalib olaraq dalğalandı. Qeyd edək ki, Almaniya hökuməti “Eurovision” müsabiqəsinin təşkiilinə 26 milyon avro xərcləyib və 17 milyon avro qazanc götürüb.
“Eurovision” çərçivəsində jurnalistlərə tətbiq olunan qadağalar
Müsabiqəni işıqlandırmaq üçün akkreditə olunmuş jurnalistlərə daha bir qadağa qoyulmuşdu, media mənsubları müsabiqə təmsilçilərinin iştirak etdiyi “Euroclub”lara buraxılmırdı. Jurnalistlər də digər qonaqlar kimi bu mərasimlərə xüsusi dəvətnamə əldə etməli idilər. Əvvəlki müsabiqələrdə “Euroclub”lara giriş sərbəst idi, buna görə də almanların girişi qadağan etməsi haqlı olaraq təşkilatçıların mediaya qeyri-normal münasibəti kimi dəyərləndirilirdi.
“Euroclub”larda nələr baş verir? Qəribədir, amma bu il “Euroclublar”da daha çox cinsi azlıqlar gözə dəyirdi. Bu mərasimlərdə “Eurovision” iştirakçılarından müsahibə götürmək istəyim bəzən boşa çıxırdı. Almanlar deyərkən, ilk öncə göz önünə dəqiqliyi sevən ciddi bir xalq gəlir. Ancaq 56-cı “Eurovision” yarışması ərzində rastlaşdığım bu cür hallar belə təsəvvürlərimi dağıtdı. Cinsi azlıqlara heç bir məhdudiyyət qoyulmamasını Almaniyada daha çox hiss etdim. Bu, bəlkə də “Eurovision” qaydalarından qaynaqlanır, belədirsə, eyni halla yəqin ki, növbəti ilin mayında Bakıda da qarşılaşacağıq. Elə bu yerdə bir məqamı diqqətinizə çatdırmaq istərdim. Azərbaycan builki müsabiqədə qalibiyyət qazandıqdan sonra, digər ölkələrdən olan həmkarlarımızın bizə ünvanlandıqları ilk suallardan biri də bu oldu: “Eurovision”un öz qayda-qanunu var. Bəs İslam ölkəsində cinsi azlıqların vəziyyəti necə olacaq?”. Analoji sualları elə həmin azlıqların nümayəndələri də ünvanlayırdı. Belə görünür ki, “Eurovision” müsabiqəsinin daimi iştirakçıları olan həmin insanları gələn il Bakıda qarşılaşacaqlarını vəziyyət çox narahat edir. Avropa xanımlarının əksəriyyətinin xarici görünüşlərinə fikir verməmələrinə səbəb bəlkə də ölkədə cinsi azlıqların nümayəndələrinin çox olması imiş. Almaniyada gözəl geyimli qadınlara da rast gəlmək olar, ancaq onlar ya türk, ya rus, ya da gürcü xanımlarıdır... Dikdaban ayaqqabıları sevməyən avropalı xanımlar, çox sadə geyimə üstünlük verirlər. Ümumiyyətlə, bu xüsusiyyət digər Avropa ölkələri üçün də səciyyəvidir.
“Eurovision-2011” müsabiqəsini işıqlandırmaq üçün Avropa Yayımları Birliyində çoxlu sayda jurnalist akkreditə olunsa da, lakin müxtəlif ölkələrdən yalnız 3000-ə yaxın jurnalistə bu müsabiqəni canlı işıqlandırmaq şansı verilmişdi. Ötən illə müqayisədə Almaniyada jurnalistlər üçün daha rahat məkan hazırlanmışdı. Bir şeyə sevindim ki, Osloda ilk andan yaşadığım təəssüf hissini Düsseldorfda yaşamadım. Müsabiqəni işıqlandırmaq üçün bu ölkəyə gələn jurnalistlərin sayına uyğun olaraq texniki avadanlıqlar, oturacaqlar hazırlanmış, istirahət üçün ayrı məkan yaradılmışdı. Hər il olduğu kimi, Almaniyada da media mənsubları üçün xüsusi “Shutl Buss”lar təşkil edilmişdi. Nümayəndə heyətlərini, jurnalistləri qaldıqları ünvana və hər gün təşkil olunan “Euroclublar”a xüsusi avtobuslar - “Shutl Buss”lar aparırdı.
Düsseldorf macəraları və fərqliliklər
Bir az da Düsseldorf təəssüratlarımız. Azərbaycandan olan bir neçə jurnalist Düsseldorfda xüsusi ev kirayə tutduğumuzdan daha çox metrodan istifadə edirdik. Əslində lazım olan ünvana metro ilə getməyimiz şəhəri daha çox görmək imkanı yaradırdı. İqtisadi baxımdan Almaniyanın ən çox inkişaf etmiş şəhəri hesab olunan Düsseldorfda olmayanlar üçün bəzi xırda məqamlarla tanışlıq sözsüz ki maraqlı olar. Almaniyada metro qatarları daha çox yer üstündə hərəkət edirlər, yeraltı stansiyalar azlıq təşkil edir. Düssedorfda hər bir metro stansiyasında xüsusi işıqlı stendlər yerləşdirilib ki, həmin stendlərdə müxtəlif vaqonların gəliş vaxtı qeyd olunur. Bununla da almanlar və turistləri vaxt itkisi ilə üzləşmirlər. Eyni zamanda, əhalinin daha çox istifadə etdiyi istiqamətlərdə metro stansiyaları gecə saatlarına qədər, bəzən hətta 03:00-a kimi fəaliyyət göstərir. Səhər saat 04:00-da isə bu şəhərdə artıq metro ilə yenidən istədiyin məkana yetişə bilərsən. Düsseldorf metrosunda gediş haqqı 1 avro 60 sent, Berlin metrosunda isə 2 avro 10 sentdir. Maraqlıdır ki, metroya giriş bizim adət etdiyimiz kimi kart üsulu ilə deyil. Metro əməkdaşları vaqonlara daxil olaraq biletləri yoxlayırlar. Ancaq bu şəxslər həmişə deyil, yalnız müəyyən vaxtlarda yoxlama aparırlar. Orada olduğum müddətdə cəmi iki dəfə belə yoxlama ilə rastlaşdım. Sərnişinin biletli olub-olmadığını çox az-az yoxlasalar da, almanlar metroya bilet almadan minmirlər. Bu bəlkə də biletsiz sərnişinlər üçün cərimənin miqdarının çox olması ilə bağlıdır. Almaniyanın hər şəhərində metro, avtobus, tramvay, ümumiyyətlə bütün nəqliyyat vasitələrində biletsiz gediş üçün cərimə 40 avro təşkil edir.
Almaniyada bütün avtobusların yalnız bir sürətlə getməsi sözün əsl mənasında məni heyrətə saldı. Burada sürücülər daha çox sərnişin yığmaq üçün şəhər mərkəzində bir-biri ilə ötüşmürlər. Müsahibələrə və çatacağımız ünvana gecikdiyimiz halda bəzi hallarda taksidən istifadə etmək məcburiyyətində qalırdım. Bu şəhərdə taksidən istifadə çox baha başa gəlir. İki kilometr məsafəni taksi ilə getmək nə az, nə çox düz 20 avroya başa gəlir. Düsseldorfda təmizliyə son dərəcə riayət olunur, bu şəhəri həm də bəzi cəhətlərdən Bakıya bənzətmək olar. Məsələn, şəhərin hər bir nöqtəsindən görünən Düsseldorf teleqülləsi... Bu teleqüllə görünüşü ilə, orada yerləşən qüllə restoranı ilə milli qülləmizi xatırladırdı mənə.
Küçələrdə avtomobillər az olsa da, bu şəhərdə hər kəs yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edir və ölkəyə gələn digər ölkə vətəndaşlarını da bu qaydalara riayət etməyə məcbur edirlər. Ümumiyyətlə, Almaniya vətəndaşlarının öz ölkəsinin qayda-qanununu təbliğ etməsini olduqca yüksək qiymətləndirdim. Turistlərin çoxluğuna baxmayaraq, bu ölkə öz mentalitetinə sadiqdir. Həm özləri, həm də qeyri-millətlər bu ölkənin qanunlarına hörmətlə yanaşır...
Hələ səfər öncəsi Almaniyada ərzaq və geyimlərin qiyməti ilə maraqlanmışdıq. Qısası – bahalıqdır. Almaniyada çörəyin qiyməti 1 avro 80 sentdir, marketlərdə isə bu qiymət 2-3 avro arasında dəyişir. Xiyarın bir kiloqramı 3 avro, pomidorun qiyməti 3-4 avrodur.
Pivədən su kimi istifadə edən alman xalqı
Almaniyanın digər şəhərlərinə xas olan bəzi məqamları Düsseldorfa da şamil etmək olar. Bütün Avropa ölkələrində olduğu kimi, Almaniyada da hər bir işin öz konkret saatı var. Söz yox ki, bizdə də iş rejimi saatla müəyyənləşir, lakin bu ölkədə axşam saat 21:00-dan sonra nə ərzaq, nə geyim mağazalarını açıq görmək mümkün deyil. Bu hal həftə ərzində beş gün davam edir. O ki qaldı həftə sonlarına, əgər cümə günü evinizə bazarlıq etməyibsinizsə, o zaman işiniz çətin olacaq. Çünki şənbə və bazar günləri alman xalqı – istər dövlət məmuru olsun, istər vəzifəli şəxs, istərsə də satıcı, təmizləyici və s. – istirahət etməklə məşğuldur. Bu ölkədə hər bir iş sahibi üçün şənbə və bazar yalnız və yalnız istirahət günüdür. Almanlar həftəsonu istirahətini müxtəlif cür qururlar. Kimi ailəsi ilə təbiət qoynunda istirahət edir, kimi isə ənənəvi olaraq keçirilən velosiped yarışlarına qatılır.
Yeri gəlmişkən, Avropa ölkələrində elə ən çox istifadə olunan nəqliyyat vasitəsi məhz velosipeddir. Hər kəsin evinin qarşısında çoxsaylı avtomobillər olsa da, avropalılar məhz velosipedlə gəzməyə üstünlük verirlər. Bu, şəhər küçələrində tıxac yaratmamaq, üstəlik fürsətdən istifadə edərək idmanla məşğul olmaq üçün edilir. Düsseldorfda həftə sonu almanların istirahət üçün ən çox üz tutduğu məkan pivəxanalardır. Cümə günü axşam işdən dərhal sonra bu məkanlara gedən almanlar, bəzən səhərə kimi burada əylənirlər. Almaniyada sözün həqiqi mənasında gecə həyatı olduqca qaynardır. Alman xalqı pivəni su kimi içir. Səsli-küylü Düsseldorfda həftə sonları şəhər gəzintisinə çıxmağı planlaşdırmaq əbəsdir. Nə küçədə, nə nəqliyyat vasitəsində içkili insanlara qadağalar mövcud deyil. Almaniyada gecənin bir yarısı içkili bir insanın küçədə yerə uzanmış vəziyyətdə görmək sizi təəccübləndirməsin, çünki onlar üçün bu adi haldır. Eləcə də həftə ərzində işlə bağlı stress keçirənlərin həftə sonu pivə içib şüşələri sındırması halları ilə qarşılaşa bilərsiniz. Şəhərin mərkəzi küçələrində yarıçılpaq qadın və kişilərə, dikdaban ayaqqabıda gəzən oğlanlara da tez-tez rast gəlmək olar.
Alman xalqının dil sevgisinə heyranlıq...
Düsseldorfda barmaqla sayılacaq qədər hündür bina var. Əsasən xüsusi evlərdə, kiçik mərtəbəli binalarda yaşamağa üstünlük verən şəhər əhli evlərinin önünə hasar çəkməyə ehtiyac duymurlar. Bu halla ötən il Norveçin paytaxtı Osloda da rastlaşmışdıq. Sözsüz ki, xüsusi evlərin ətrafında çox hündür hasara öyrəşmiş bizim kimi insanlar, bu cür hallara həsəd aparır. Çünki bu fakt insanların bir-birinə inamından xəbər verir. Düsseldorfda hətta evin qapısını açıq qoyub işə gedənlərə də rast gəlmək olar. Almanlar həmçinin kiçik həcmli və alçaq maşınlara üstünlük verirlər.
Alman xalqının öz doğma dilinə sevgisi isə məni heyran etdi. Bu ölkəyə səfərə hazırlaşanlara, getməmişdən öncə alman dilində bir neçə söz öyrənməyi məsləhət görürəm. Elə biz də buna əməl etdik, Almaniya bizə öz dilini də öyrətdi. Almanları öz dillərində salamlamaq onların simalarında təbəssüm doğurur, digər dillərdə verilən salamı isə almırlar. İngilis dilində salamlamaq, yaxud ingiliscə müraciət etmək almanlar üçün xoş deyil və onlar bundan narazı qaldıqlarını gizlətmirlər də. İngilis dilini bildiyi halda bu dildə danışmayan almanlar, öz dilləri ilə çətin olsa da, onlara müraciət edən insanlara kömək etməyə can atırlar. Hər hansı beynəlxalq tədbir almanların gündəlik planını poza bilməz. Alman dilindən xəbərdar olanlar onların dilində “ü”, “ö” kimi saitlərdən istifadə olunduğunu bilirlər. Düsseldorf şəhərinin adı elə almanlarda da eyni cür yazılır.
Almaniyada türklər və bomjlar
Almaniyanın bir çox yerində olduğu kimi, Düsseldorf, Köln və Trier şəhərlərində də çoxlu sayda türk yaşayır. Əsasən dönər hazırlanan restoranlarda işləyən və ya taksi sürücülüyü edən türk qardaşlarımız Almaniyada yaşamaqdan məmnun olduqlarını dilə gətirirlər. “Eurovision” müsabiqəsinin yarımfinalından sonra isə rastlaşdığımız Türkiyə vətəndaşlarının ilk sualı “bizi niyə dəstəkləmədiniz?” şəklində olurdu. Lakin bu sualın cavabını mayın 14-də möhtəşəm qələbəmiz zamanı almış oldular. Düsseldorfda hər gün türklərlə qarşılaşırsan, buna görə də bir anlıq Türkiyədə olduğunu zənn edirsən. Şəhərdə həmyerlilərimizi görəndə çox sevinirdik. Düsseldorfda azərbaycanlılar azlıq təşkil etsə də, Berlin və Kölndə fəxr edə biləcəyimiz həmvətənlilərimizin yaşadıqlarını da öyrəndik.
Bir az da Almaniyanın bomjları barədə. Almaniyanın insanları kimi bomjları da fərqlidir. Özlərinə çörək tapmayan bomjlar yanlarında üç-dörd heyvan saxlayırlar. Hətta onlara verilən çörək parçalarını belə yeməyərək itlərə verməyi üstün tuturlar.
Düsseldorfdan Lüksemburqa 30, Brüsselə 18 avro...
Düsseldorf Avropanın bir neçə ölkəsinə yaxın məkanda yerləşdiyindən fürsətdən istifadə edib Lüksemburq və Belçikaya da baş çəkdik. Düsseldorfdan yaxın ölkələrə turların təşkilini əsasən rusların rəhbərlik etdiyi xüsusi şirkətlər həyata keçirir. Özü də çox sərfəli qiymətlərə. Xüsusi avtobuslarla təşkil olunan səfərlərə çox insan maraq göstərir. Lüksemburqa gediş-gəliş bizə 30, Brüsselə isə 18 avroya başa gəldi. Cırtdan ölkə olan Lüksemburqda maraqlı mənzərə ilə qarşılaşdıq. Ölkənin mərkəzində çox canlı, kənarda isə tamamilə fərqli və depressiv ab-hava ilə qarşılaşdım. Lüksemburq kiçik olmasına baxmayaraq, bu ölçüyə maraqlı mənzərələr yerləşdirilib. Şəhərin kənarı İçərişəhəri xatırladır, tarixi binaların çoxluq təşkil etdiyi bu məkanın yollarına daş döşənib. Bu məkan gözəl olduğu qədər də insana qəribə hisslər yaşadır – depressiya və intihar etmək hissi. Az sonra hisslərimdə yanılmadığıma əmin oldum. Səfər boyunca bizi müşayiət edən ekskursiya rəhbəri mərkəzdən çox yüksək yerləşən bu məkanda çoxsaylı intiharların olduğunu dedi. Hətta həmin məkanda “İntihar qalası” adlanan məkan da var. Bu qalanın məhz belə adlandırılmasının səbəbi burada çoxsaylı intihar hadisələrinin baş verməsidir. Körpünü xatırladan bu qalanın kənarlarına hündür hasarlar məhz intihar cəhdlərinin sayının azaldılması üçün sonradan əlavə olunub. Əvvəllər isə bu yüksəkliyin kənarları açıq olub. Yüksəklikdən tamaşa edərkən suyun içində olan binalar, tərtəmiz şəhər, üstü açıq mini-avtobuslar, yaşıllıq göz oxşayır. Avropada ən çox həsəd apardığım mənzərə istər mərkəzdə, istərsə şəhər kənarında ağacların çoxluğudur. Bu şəhərlərdə yaşıllıq və təmiz hava istər-istəməz insanı nağıllar aləminə aparır.
Qələbə ərəfəsində
Lüksemburqa Azərbaycanın da çıxış etdiyi II yarımfinaldan iki gün əvvəl getmişdik və içimizdə bir rahatlıq var idi, biz onsuz da finaldayıq. Yanılmadıq, Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın sayəsində Azərbaycan mayın 10-da finala vəsiqə qazanan 10 ölkə arasında oldu. Hər il apardığım müşahidələrim nəticəsində bu qərara gəlmişəm ki, digər ölkə iştirakçıları Azərbaycan təmsilçilərinə hər zaman əsas rəqib kimi baxırlar. Elə media mənsubları da hər il Azərbaycanın ön sıralarda olacağına əminlikləri vurğulayırlar. Bu il isə qalib olacağımızı çoxları proqnozlaşdırırdı.
Təmsilçilərin hər birindən Azərbaycan haqqında rəy alırdıq və onların da rəyi birmənalı olaraq “Azərbaycan ən ön sıralarda olacaq” şəklində olurdu. Əslində hər iki yarımfinalın nəticəsi bizim üçün gözlənilməz sürpriz oldu. Bəzi ölkələrin 100 faiz finala keçəcəyini düşünsək də, nəticələr bu fikrimizi alt-üst etdi... Azərbaycanın qalib olacağı ilə bağlı düşüncələrimiz isə bizi yanıltmadı.
Brüsseldən qələbəyə...
14 may - möhtəşəm final günü... Bir il boyu bu günə çox ümid etdik, inandıq və qazandıq. Final günü qəribə görünsə də, gərginlikdən xilas olmaq üçün Düsseldorfa çox yaxın olan Belçikanın paytaxtı Brüsselə yollandım. Səhər Düsseldorfdan yola düşən avtobus 3 saat sonra bizi dadlı şokoladları ilə məşhur olan bu ölkəyə çatdırdı. İlk əvvəl Brüsselin girişində Avropa ölkələrinin hər birinin təcəssüm olunduğu, kitablarda, internetdə gördüyüm, nə zamansa getməyi xəyal etdiyim “MiniEurope”a baş çəkdim. Kiçik Avropaya giriş bir nəfər üçün 13 avro təşkil edir. Burada bütün Avropanı kiçik ölçüdə də olsa, qısa müddət ərzində seyr etmək mümkündür. “MiniEurope”in bir qaydası var. Bu muzeyə giriş zamanı qapıda “MiniEurope”ın simvolu olan tısbağa geyimli şəxs hər kəslə xatirə şəkli çəkdirməlidir. Parkı ziyarət etdikdən sonra isə hazırlanan foto və rəsminizin yer aldığı brelok sizə təqdim olunur, onu alıb-almamaq öz işinizdir. Foto və brelok 10 avroya satılır. Almadığınız təqdirdə isə tısbağa ilə olan fotonuz və brelok məhv edilir. Parkda Avropa ölkələrinin simvolları 1:25 miqyasda hazırlanıb. Bu parkda Eyfel qülləsi, “Big ben”, “Longlid”, Trellebork, Kopenhagen şəhər evləri, Stokholm bələdiyyəsinin binası, Latviyanın “Azadlıq abidəsi”, Brüsseldə yerləşən “Qrand- Palace”, Amsterdam şəhər evləri və daha nələr-nələr var. Parkdan çox xoş təəssüratlarla ayrıldım, Brüssel kralının yaşadığı sarayı da görmək nəsibim oldu. Brüsselin mərkəzində tarixi binaların olduğu kimi saxlanılması diqqət çəkir. Bir-birinə çox yaxın məsafədə yerləşən tarixi binaların ətrafında isə sözün həqiqi mənasında müasirlik hökm sürür. Həyəcanlı anlarla xatirimdə qalan Brüssel gəzintisinin sonunda məşhur Belçika şokoladlarından daddım və həqiqətən də “deyildiyi qədər var imiş” qənaətinə gəldim.
Və qələbə!
Səsli-küylü Brüsseldən qəflətən həyəcan dolu final gecəsinə! Və nəticə - qalibiyyət! Brüsseldə keçirdiyim bu gün tarixə qalibiyyətlə yazıldı – 14 may yaddaşıma uzun müddətdir gözlədiyim və həsrətində olduğum arzuların gerçəkləşdiyi gün kimi həkk olundu! Qalibiyyət həyəcanını hər bir azərbaycanlı kimi biz də sevinc dolu göz yaşları ilə qarşıladıq. Düsseldorf xatirələrimizə sadəcə bu yazıldı – QALİBİYYƏT! Var ol Azərbaycan, Sənə hər zaman Qalibiyyət yaraşır! Daima qalibiyyətlərlə görüşmək arzusu ilə. 2012-ci ilin mayında möhtəşəm 57-ci “Eurovision” mahnı müsabiqəsində Bakımızda görüşənədək...
APA

889