Faiq Ağayevin qardaşları: “Uzun müddət Faiqlə küsülü qaldıq” - MÜSAHİBƏ
Lent.az-ın “Yaxın adam” layihəsində bu dəfə xalq artisti Faiq Ağayevin qardaşları danışır
Adətən bu layihədə məşhurlara ən yaxın olan şəxs ilə görüşürük. Lakin bu dəfə Faiq Ağayevin yaxın adamı kimi bir yox, iki müsahibin fikirlərini oxumaq imkanınız olacaq. Lent. az Faiq Ağayevi qardaşları - İlham və Elçin Ağayevlərlə hazırlanan müsahibəni təqdim edir.
Müsahiblərim tanışlıq əsnasında söhbətə maraqlı giriş verdilər: “Faiqin dostu bizim dostumuz, düşməni düşmənimizdir”... Dərhal sual zərurəti yarandı:
- Sizin düşmən dediyiniz onun yola getmədiyi şəxslər, sənətdə rəqibi də ola bilər. Bəlkə o insanlar həyatda qardaşınızın və sizin normal ünsiyyətdə olduğunuz şəxslər ola bilərdi.
Elçin Ağayev( ortancıl qardaş):
- Sağlam rəqabət başqadır, şəxsi münasibət başqa...
- Sənət dünyasında elə bir şəxs var ki, sizin münasibətiniz yaxşı, lakin qardaşınızın pisdir?
İlham Ağayev( böyük qardaş):
- Hər şeydən öncə biz qardaşıq. Onun anlayışı - mənim, mənim anlayışım - onun anlayışıdır. Biz fərq qoymuruq, kiçik, ya da böyük qardaş... Biz Allah-Təaladan bir-birimizə verilən payıq. Şükür Allaha, düşmənimiz yoxdur, ola bilsin ki, gizlində nə isə var, o da - Allahın bildiyi məsələdir. Açıq deyim, yaxşısı budur, deyib-gülüb arxadan fikir deməyək. Dostuma dost, düşmənimə düşmənəm.
- Bu dost-qardaşlıq ancaq ailə daxilindədir? Faiq Ağayevin qanından-canından olmayan dostu var? Yoxsa o dostluğu ailə içində görür?
Elçin Ağayev:
- Ailə içində görür. Lakin kənarda da dostları var ki, onları da öz qardaşımız kimi qəbul edirik. Faiq Ağayevin düşməninə onun gözü ilə baxırıq, dostuna da dost gözü ilə...
- Madam onun yaxın adamı kimi üzbəüz oturmuşuq, deyə bilərsinizmi, ona yaxın olan şəxslər konkret adlarla kimlərdir?
İlham Ağayev:
- Azər (Faiq Ağayevin mühafizəçisi-L.Y) bizə qardaşdır.
Elçin Ağayev:
- Dostluğu, qardaşlığı insan pis gündə görür. Faiq bıçaqlananda Azərbaycanın yarısı xəstəxananın qarşısında idi.
- Röya belə bir söz demişdi: “Mənim üçün dost - yaxşı gündə yanımda ola bilməyi bacarandı, pis gündə dost olmayan insan da ola bilər...”
Elçin Ağayev:
- Pis insanın içində rəhm ola bilməz. O, pisdirsə, Allahdan uzaqdır. İnsan var ki, dostluğunu adi gündə büruzə verə bilmir. Xasiyyəti belədir. Amma pis gündə emosiyaları üzə çıxır, yanında olur.
İlham Ağayev:
- Ola bilər, kam alıb uzaqda dursun. Pis gündə gələ bilər. Belə də olub.
Elçin Ağayev:
- Ola bilər ki, kimsə özünə reklam qazanmaq üçün gəlsin. Biz gördük, Faiq xəstə olanda yalandan canfəşanlıq edənlər də olmuşdu. Görünürdü ki, o insan xəstəxanaya piar üçün, yəni başqa məqsədlə gəlib.
- Bayaq dediniz ki, işiniz, sənətiniz ayrıdır, dostlarını da o qədər yaxından tanımırsınız. Dövlət işçisi ilə sənətçi qardaşın ayrı maraqları, ailə daxilində tərs mütənasiblik özünü göstərmir ki?
İlham Ağayev:
- Xeyr...
- ... Misal üçün vaxtilə Faiq Ağayev qulağına sırğa taxdığı üçün çox tənqid olunmuşdu.
İlham Ağayev:
- Sizə bir sual verim, bir var ev paltarı, bir də var cəmiyyət içində daşıdığımız geyim. Ev paltarında xalq arasına çıxarsınız? O, daima cəmiyyətin arasındadır. Sırğa - onun imicidir. Biz insanı daxilinə görə qiymətləndiririk. Mən qardaşımın daxilini bilirəm və qiymətləndirirəm.
- Elçin Ağayev:
- İstedadlı adamların sənətində söz tapmayanda onun pal-paltarında nə isə axtarırlar. O, çox azad insandır. Mən də geyinərdim. Mənim də çox xoşuma gəlir. Rusiyadan gələndə saçım uzun idi. Gördüm ki, Bakıda buna söz atırlar, fikir bildirirlər. Dedim, şərə düşməkdənsə, qısa kəsdirim. Faiq bir vaxt saçını da boyayırdı, özü bilər.O, sənət adamıdır.
- Ailəliklə Faiq Ağayevi nə vaxtsa ittiham etmisiniz?
İlham Ağayev:
- Əksinə. Onun hökmdarlığı var. Həm özünə, həm yaxınlarına qarşı. Onu da o adam edə bilər ki, özü nümunə olsun və ətrafındakılardan da uma bilsin. İşgüzarlığı və sənəti ilə bu pilləyə qalxıb və millət də onu sevib, qəbul edib. Kiçik qardaşımızdır, biz ona həmişə “qaqaş” demişik, amma o özünü elə aparır ki, mən ondan məsləhət alıram. Biz Faiqə olan bu münasibəti valideynlərimizdən görmüşük... Atam da onun dediyini eşidərdi, edərdi.
- Evin hökmranı olduğunu dediniz, onun qətiyyətli və diktəyə malik olmağını nə vaxtdan hiss etdiniz?
İlham Ağayev:
- Uşaqlıqdan məsuliyyətli idi. Oynamağa, həyətə qaçmağa çox meylli idi. Saat 5-də uşaqlarla həyətdə futbol oynamalı idisə, saat 3-də evə gəlib yeməkdən də əvvəl dərslərini hazırlayardı ki, təki uşaqlarla görüşə bilsin.
- Elçin Ağayev:
- Onun cavan görünməsinə baxmayın, çox müdrik adamdır, hökmranlığa mənəvi haqqı var. Bir də onu qeyd edim ki biz hamımız yaşımızdan gənc görünürük (gülür).
- Adətən, yaşından gənc görünənlərə hər şeyə biganə adam kimi baxırlar...
İlham Ağayev:
- Bu sözdən sonra bu sualı gözləyirdik. Belə də deyirlər: “İllər bizdən yan keçir”. Qurdlu deyilik, içimizi yemirik. Adam var ki, paxıldır. “Filankəsdə filan şey var” deyə dərd etmirik. Kiminsə çörəyinə bais olmuruq. Şükür Allaha, bərəkətimizi özü yetirir, bir-birimizin yanındayıq.
- Adətən Faiq Ağayev haqqında “qərəzlidir” deyirlər.
Elçin Ağayev:
- Əgər bu gün mənə daş atana başımı əysəm, sabah məni daşqalaq edər.
- Deməli siz həmişə qardaşınızı bu cür dəstəkləmisiniz - “kompromisə getmə”...
Elçin Ağayev:
- Hansı kompromisdən danışmaq olar?
- Bəzi hallarda güzəştə getmək lazımdır.
İlham Ağayev:
- Əgər o adam səhvdirsə, səhvini başa düşürsə, insan kimdir Allah qarşısında? Xəyanəti, şəxsiyyətə toxunmağı isə bağışlamaq olmaz.
- Faiq Ağayevin dəstəkləmədiyiniz hər hansı addımı, əməli var?
Elçin Ağayev:
- O, mənim qardaşımdır, onu həmişə dəstəkləməyə hazıram. Hətta haqlı olmasa belə! Olub ki, uşaq vaxtı döyülüb, mən yalnız ona əl qaldıranı vurandan sonra Faiqdən soruşurmuşam ki, niyə dalaşıblar? Çünki əl qaldıranın mütləq cavabı verilməlidir. Başqa variantı yoxdur.
- Bu düşüncələrlə qardaşınızı çox ərköyün etməmisiniz?
Elçin Ağayev:
- Adətən, məndən soruşanda “qardaşınızla münasibətiniz necədir?”, mən məəttəl qalıram. Necə olmalıdır ki? O, kiminlə danışmırsa, mən ona salam vermirəm, qardaş kimi! Atam da qardaşlarına qarşı belə olub.
- Hansınız varlısınız?
İlham Ağayev:
- Mənəviyyatca Elçin varlıdır. O, namaz qılır. Mən dövlət məmuruyam, üzərimdə dövlətin etimadı var, buna görə özümü varlı hesab edirəm. Faiq isə xalqın sevgisi ilə dövlətlidir. Biz bir-birimizi tamamlayırıq. Mənim, bir böyük qardaş kimi özümdən əlavə daha iki qolum, iki beynim var.
Elçin Ağayev:
- Ağıllımız da Faiqdir. O, hər şeyi ağlı ilə əldə edib. Faiqin səbri məndə olsaydı, ondan da yüksək mənsəb əldə edərdim. Olur ki, bəzən iki nəfər söhbət edəndə həmsöhbətlər bir-birlərinin sözünü kəsir. Faiq dinləməyi bacarır.
İlham Ağayev:
- Faiqin yaxın dostlarından birinin toy məclisi idi. Bıçaqlanma hadisəsindən sonra demişdilər, toya gəlməyəcək...
Elçin Ağayev:
- Üzr istəyirəm, ifadəmə görə, çoxu demişdi: “Faiqin eşşəyi öldü”. Faiq isə xəstəxanadan 1 saatlıq çıxıb, o vəziyyətdə, yarım saat məclisdə canlı oxudu. Özü də necə?!
- Faiq Ağayev iddia edir ki, onun sənətindən başqa biznesi yoxdur. Niyə bu qədər ağıllı, tədbirli və uzaqgörən adamın gələcək üçün planları yoxdur?
İlham Ağayev:
- Nə qədər ona təklif etmişəm. Deyir, bu işlə məşğul olsa, gərək bütün diqqətini ora cəm edə. Arzusu balaca bir otel açmaqdır. Qardaşımın qazancını da bilmirəm. Soruşurlar, “qardaşın neçəyə toya gedir?” Deyirəm, “sən niyə qardaşımın cibini sayırsan?”
Elçin Ağayev:
- Nə mən Faiqin, nə də o mənim cibimə baxırıq.
- Heç kim mələk deyil. Onun mənfi xüsusiyyəti yoxdur?
Elçin Ağayev:
- Üzü döndü, heç kimi görmək istəmir. (gülür)
- Küsülü olmusunuz?
İlham Ağayev:
- Az gördüyüm üçün küsmüşəm ondan.
Elçin Ağayev:
- Biz küsülü olmuşuq, bir dəfə aramızda qırğın düşdü. Bir-birimizə elə sözlər demişdik ki, daha bilmirəm... Amma Faiqin kini tez soyuyur. Düşündüm ki, həmişəki kimi olacaq. Lakin biz uzun müddət Faiqlə küsülü qaldıq. O zaman Gürcüstanda yaşayırdım. Səhhətim pisləşdi. Anamla birlikdə Tiflisə yanıma gəldi, həkim tapdı, 2 həftəyə yaxın başımın üstündə durdu. Sanki aramızda heç nə baş verməmişdi.
- Həlledici anlarda kimin sözü keçir?
İlham Ağayev:
- Hamımız ortaq bir məxrəcə gəlirik. Faiq - təşkilatçı, biz isə icraçıyıq...
- Böyük qardaş kimi ailə qurması üçün danlayırsınız?
Elçin Ağayev:
- Əlbəttə ki, deyirik. Mən ona həmişə deyirəm ki, peyğəmbərimiz ailə qurmayanı ümmətindən saymır...
- Amma mən bu yaxınlarda müsahibəsini oxudum, orda deyib ki, üç aydır, sevgilisi var.
Elçin Ağayev:
- Hə, biz də oxumuşuq (gülür).
İlham Ağayev:
- Bilirsiniz, şöhrətli insanın ailə qurmağı çətin məsələdir. Səmimiyyətlə bir dəfə inanıb - yanıb. Şöhrətin qüsuru da budur. Bilmək olmur, kim və hansı məqsədlə ona yanaşır.
- Faiq Ağayev şöhrətdən daha nə ziyan görüb?
İlham Ağayev:
- Elə bayaq dediyiniz kimi tənqidlər. Faiq filan maşını alıb, məsələn. Ondan da bahalısını sürənlər var, lakin o məşhur olduğu üçün daha çox diqqət mərkəzində olur.
- Yaddaqalan xatirələriniz var?
Elçin Ağayev:
- Yadımdadır, uşaq vaxtı biz axşam saatlarında nəyə baxırdıqsa, atam kanalı dəyişdirirdi və çevirirdi “Spokoynoy noçi malışi” proqramına. Bunu Faiq üçün edirdi. Bu da bizi qıcıqlandırırdı (gülür).
İlham Ağayev:
- Amma ailəmizdə sevgi bərabər paylanıb. İlham – böyük, Elçin - mərd, Faiq də sonbeşik kimi ata-anadan eyni məhəbbət payı alıb.
Elçin Ağayev:
- Anam Faiqi məndən gizlədirdi. Körpə idi, onu o qədər sevirdim, həmişə yanında idim, anam qorxurdu ki, nəsə eləyərəm. Məktəbdə biz ona “krışa”lıq edirdik. Rəhmətlik nənəm isə həmişə deyirdi ki, bu müğənni olacaq.
- Qardaşınızı bir neçə ildən sonra necə görürsünüz?
Elçin Ağayev:
- Xalq artistinin qardaşı olmaq pis deyil. Amma nazir qardaşı olmaq daha yaxşıdır (gülür). Azərbaycan onun simasında gözəl bir naziri əldə edər. O, ədalətidir. Ədalətli və ağıllı bir diplomat.
İlham Ağayev:
- Allah xalqın məhəbbətini onun üstündən əskik etməsin! Onu minimum nazir görmək istəyirik. Çünki müdrik, cəsarətli və məsuliyyətlidir.
Bir dəfə Gəncədə qastrolda idik. Gəncə tamaşaçıları da olduqca tələbkardır. Faiqdən başqa hamı gəlib fonoqram oxudu. Faiq oxuyanda bir nəfər yerdən “əşi, bunlar da gəlib burda elə hey fonoqram oxuyur” dedi. Faiq elə mikrofonda dedi ki, qadan alım, fonoqramı tapsan, gəl onu mənimlə bir yerdə kəsib-doğrayaq. Siz görəydiniz, gəncəlilər konsertdə Faiqdən ötrü neynirdilər!
Bir dəfə də bir məclisə Şimali Qafqazdan nümayəndələr gəlmişdi. Qonaqlar danışdı və rəqs sifariş edib dedilər ki, indi baxın, Qafqaz kişisi necə rəqs etməlidir. Faiqə bu söz çox toxundu. “Da, da, da, eto Kavkaz!” mahnısını oxuya-oxuya başladı onlarla rəqs etməyə. Altı kişi qılıncı qınından çıxarıb oynayırdı. Hamısı bir-bir rəqsdən çıxdı və Faiq biri ilə təkbətək qaldı. Sonra başladı oxumağa “A yordu, yordu, yordu...”, inanın, məclisdəkilər necə heyrətlənmişdilər. Qonaq qardaş da gördü ki, mümkün deyil, dayandı və Faiqə baş əydi. Faiq də “Sözün həmişə dəyərli, bu qılınc kimi kəsərli olsun. Bax, biz azərbaycanlılar da belə rəqs edirik” dedi. Zaldan elə alqış qopdu ki...
Lalə Yusifqızı

3159