Faiq Ağayev: “Mətbuat Şurasının çıxardığı son qərarlar çox xoşuma gəlir” - MÜSAHİBƏ
“...həmən o məşhurun ata-anasını, qardaş-bacısını, həyat yoldaşı və ya övladını düşünürsən?”
Layihə: Qarşı tərəf
Lent.az-ın “Qarşı tərəf” adlanan yeni layihəsində cəmiyyətimizin bir-biri ilə vaxtaşırı konfliktdə olan təbəqələrinin, peşə sahiblərinin, qruplarının qarşılıqlı rəylərinə yer ayrılacaq. Layihənin davamında da obyektivliyin əsas meyar olacağını göstərmək üçün ilk qonağı elə özümümün – medianın haqqında danışdırmağı qərara almışıq. Tanınmış müənni, Azərbaycanın xalq artisti Faiq Ağayevin də bu mövzuda elə ürəyi doluymuş...
- Son vaxtar sənət adamları ilə mətbuat işçiləri arasında gizli konfliktlər artıb. Mətbuatla dostluq münasibətində olan Faiq Ağayevdə də bəzən mətbuat nümayəndələri ilə daimi ünsiyyət alınmır.
- Deməli, ona görə alınmır ki, mətbuatda işləyən bəzi insanlar “Biz dördüncü hakimiyyətik” şüarını bayrağa çevirir, sonra da o bayrağın arxasında gizlənib, nalayiq işlərlə məşğul olurlar. Bunu mən bütün jurnalistlərə şamil etmirəm. Milli mətbuatımızın 134 illik şərəfli tarixi var. Amma əfsus ki, jurnalistlərimizin hamısı qələmlərini ədalətlə, qərəzsizliklə işlətmirlər.
İndi cəmiyyətimizdə “Diffamasiya haqqında qanun”un qızğın müzakirələri gedir. Belə bir nəticəyə gələ bilərik ki, bəli, gəlin biz təhqir-yalan-böhtanla bağli maddələri cinayət məcəlləsindən çıxaraq və bunlara görə innən belə yalnız inzibati qaydada cərimə tətbiq olunsun. Amma burada çox diqqətli olmalıyıq. Nə təhqir kimi qəbul oluna bilər? İstənilən məşhur insanın - fərqi yoxdu, müğənnisi , siyasətçisi və ya məsələn, idmançısı olsun- hansı halda foto-video çəkilişini aparmaq olar, hansı halda olmaz. Hansı məlumatları dərc eləmək olar, hansını yox… Bax, o qanun dediyim dəqiqliklə, bütün detalları ciddi şəkildə nəzərə almaqla ilə yazılsa, mən “diffamasiya haqqında qanun”un gözübağlı tərəfdarıyam. Yenə deyirəm, bu məsələyə səthi toxunulsa, həyasızcasına “dördüncü hakimiyyətik” deyib, bu prinsipin arxasında gizlənənlər elə fikirləşə bilər ki, hə, artıq göydən onlar üçün halva tökülür və “uje” hər şeyi etmək olar.
Nəyə görə hansısa bir çörək bişirən, əgər o çörəyin içində mismar tapılırsa, cinayət məsuliyyətinə cəlb olunur, lakin böhtan və yalan yazan jurnalst cəzalandırılmır? Niyə bir yazısı ilə hansı bir məşhurun həyatı ilə oynayan, onun nüfuzuna xələl gətirən bir jurnaist cəzalandırılmamalıdır?
- Mətbuatda baş verən sadaladığınız halların qarşısını almaq üçün fərdi şəkildə bir mübarizə üsulu düşünmüsünüz?
- Ən yaxşısı elə “Diffamasiya haqqında qanun”dur. Onun amansız, kompromissiz tətbiqi təmin olunmalıdır.
Yeri gəlmişkən, Mətbuat Şurasının çıxardığı son qərarlar çox xoşuma gəlir. Reket qəzetlərin siyahısı dərc olunub. TV kanallar etdikləri xətalara görə cəzalandırılanda artıq başa düşürük ki, dünya standartlarına çox yaxınıq. Xaricdə istənilən telekompaniya qanunun hansısa maddəsini pozanda onun hətta müvəqqəti olaraq yayımı dayandrılır.
O ki qaldı sualınıza, fərd özü-özünü müdafiə etməlidir. Amma bunun arxasında bəlli bir infrastruktur dayanmalıdır. İstənilən müğənni erməni piratları ilə mübarizə edə bilər, lakin əgər Müəllif Agentliyi, Azərbaycan dövləti tərəfindən dəstəyi olan bir qurum kimi özü mübarizə aparsa, daha təsirli, kəsərli nəticə əldə etmək olar. Faiq Ağayev jurnalistlərlə yox, jurnalistikadan sui, çirkin məqsədlə istifadə edənlərlə təklikdə mübarizə apara bilər. Amma yenə də düşünürəm ki, məsələn, Mətbuat Şurası bu işlə məşğul olsa, daha yaxşı olar.
- Jurnalist hansı informasiyanı verməkdə tərəddüd etməlidir? Kimlərə güzəşt olunmalıdır?
- Güzəşt və imtiyazlardan danışa bilmərəm, amma bəzən elə xəbərlər olur ki, oxuyanda fikirləşirsən ki, ay özünü jurnalist adlandıran, sən bu cəfəngiyatı dərc edəndə həmən o məşhurun ata-anasını, qardaş-bacısını, həyat yoldaşı və ya övladını düşünürsən?
Hesab edirəm ki, bəzi məqamlar var ki, jurnalist öz sənətinin prinsip və ali dəyərlərinə hörmət naminə, cəmiyyətin əxlaqi-etik qaydalarına görə hansısa informasiyanı verməyi özü-özünə qadağan etməlidir.
- Bəlkə də siz həmişə mətbuata liberal yanaşmısınız, butun tənqidləri qəbul etmisiniz ona görə belə vəziyyət yaranıb?
- Yox, mən liberal yanaşmamışam.
- Mənə elə gəlir ki, mətbuatla kifayət qədər liberalsınız.
- Radikal da olmamışam, liberal da olmamışam. Çox diqqətli və konstruktivəm . Elə məlumat var ki, fərqinə varmamışam, məni narahat etməyib. Çünki, ən avam insan belə bu xəbəri oxuyub hər şeyi anlayıb, saf-çürük edə bilər.
Keçən dəfə qəzetlərin birində bir məqaləni oxuyub həm gülmüşəm, həm də hirslənmişəm. Qəzetlərin biri “Faiq Ağayev yaman simic imiş” başlıqlı məqalə dərc edib: “Gördük ki, Faiq Ağayev mağazaya girdi və 20 qəpiyə bir düymə aldı!” Anlamadım, Faiq Ağayev mağazadan on milyonluq düymə almalı idi bəyəm?
Bəzi jurnalistlər yalnız səhifəni doldurmaq naminə yazırlar. Yazığim gəlir oxucuya. Axı oxucunun nə günahı var ki, o saxta, geydirmə “jurnalist” gərara gəlib ki, bəzi saxta, geydirmə “oxuyançılar” kimi o da “avropalaşsın”, dünən amansız əleyhdarı olduqlarina bu gün fəal tərəfdarlıq etsin? Gəlin, yaxşısını götürək də. Nəyə görə Avropa az qala kütləvi şəkildə islamı qəbul edir? Çünki başa düşürlər ki, “Qurani-Kərim” ən yaxşı konstitusiyadır! Bizsə Avropanın özünün çoxdan imtina etdiyi bəzi mənfi xüsusiyyətləri mənimsəyib götürürük...
- Bu kimi düşüncələr sizi mətbuatdan uzaqlaşdıra bilər?
- Yox, heç vaxt, çünki mən mətbuatla həmişə konstruktiv olmuşam. Əgər mənə verilən sual bəsit deyilsə, həqiqətən də məni maraqlandırırsa, o zaman onu maksimum şəkildə səmimi cavablandırmağa çalışmışam ki, pərdə arxası məqamlar qalmasın. Şablon suallardan qaçıram. Bir də görürsən ki, on gün bundan öncə hansısa bir mətbu orqanında müsahibəm çıxıb. Digər jurnalist gəlib eyni sualı mənə ünvanlayanda məni dəhşət bürüyür. Ya bu jurnalist öz sahəsi ilə, ya da mənimlə maraqlanmır. Söhbət predmeti ilə maraqlanmayan insanları və peşəsində diletant, avam olan insanları qəbul etmirəm. Amma bu o demək deyil ki, belə hallar məni mətbuatdan uzaqlaşdıra bilər. Əsla!
- Bəzən sənətçilər özləri də mətbuatı izləmirlər və kimə gəldi müsahibə verib, sonradan nüfuzlu mətbu orqanına müraciət edib üzləşdikləri problemlərdən danışırlar. Axı, sənətçilər özləri də hansı KİV-lə işləyəcəklərini seçməlidirlər. Hansı mətbu orqanın obyektivliyinə inanırlarsa, qoy ora da müraciət etsinlər.
- Alınmır. Maşallah-nəmxuda, sənətdə olduğum bu 21 ildə seçim etməyi bacarmışam, seçkin olmuşam. Hansısa televiziya verilişinə və ya mətbu orqanına müsahibə üçün dəvət almışam, amma getməmişəm. Çünki maraqsız olub mənimçün. Lakin bir də görürsən ki, imtinamla rastlaşan birisi acığından axmaq bir məlumat dərc edir. Onun da ardınca avtomatik şəkildə digər mətbuat nümayəndələri də gedirlər və məlumat tirajlanır. Ona görə alınmır. Bütün peşə nümayəndələri arasında olduğu kimi, sizin həmkarlarınız arasında yalançı və şantajçılar var.
- Necə düşünürsünüz, mətbuatda həmrəylik var? Həqiqətənmi onlar “sənətçilərlə mübarizədə” həmrəydirlər?
- Nə danışırsız?(gülür) Elələri var ki, 5-10 manata görə xaric oxuyan “ifaçını” “dahi” adlandırmaqdan belə utanmır. Və yaxud yaxınlıq, dostluq etdiyi bir sənətçinin xətrinə başqa bir sənətkarın əsassız olaraq əbədi və əzəli düşməninə çevrilir.
Amma inanın səmimiliyimə, belələrinin qarşısını almağa özünüz də qadirsiz. Yetər ki istəyəsiniz. Çünki onlar var olsalar da, azdırlar. Əsl jurnalistlər isə qat-qat çox! Bəlkə bu acınacaqlı halın səbəblərindən birisi və ən vaciblisi odur ki, onlar peşənizə ləkə gətirəcək əməllərinə görə siz, həmkarları tərəfindən heç bir müqavimət görmürlər?
Bax bu daxili “təmizlənmə” mübarizəsindən sonra sizinlə bir daha görüşüb jurnalist həmrəyliyi haqda ətraflı danışarıq. Söz verirəm!

1426