Fərhad Göçər Bakıda “Gəl, ey səhər” dedi
Mayın 21-də Bakıda Heydər Əliyev adına Sarayda türk müğənnisi Fərhad Göçərin konserti keçirilib. Lent.az-ın məlumatına görə, müğənnisi konserti repertuarının ən çox sevilən mahnısı – “Cənnət” ilə açıb. İki saatlıq konsert proqramında müğənni ən çox mahnı ifasına yeri verib.
Proqramın əvvəlində sənətçi tamaşaçılarla ilk təəssüratlarını bölüşüb: “Azərbaycan musiqisi saf, duyğu dolu bir musiqidir. Biz Azərbaycan mədəniyyətindən qaynaqlanırıq. Musiqiçilərinizdən mənim üçün ən böyük nümunə sizin vaxtilə mədəniyyət nazirinz olan Polad Bülbüloğludur. Kaş, bizim də nazirlərdən biri Polad Bülbüloğlu kimi iki məsləyi bir arada bu qədər uğurla həyata keçirə bilərdi”.
Sonra Polad Bülbüloğlunun repertuarından “Gəl, ey səhər” mahnısını ifa edib.
Konsert boyunca Fərhad Göçər 25-ə yaxın mahnı səsləndirib. Müğənni “Yasdayım”, “Gidemem”, “Kalb Kalbə” mahnılarından sonra auditoriyanın bütün diqqətini üzərinə toplaya bilib. Sözügedən mahnıların ardıncı səslənən “Anlamazdım”, “Görmədən”, “Biri bana gəlsin”, “Tatlı hüzur”, “Ən sonunda” mahnıları tamaşaçı alqışlarının müşayiəti ilə davam etdirilib.
Müğənni Saraydakı texniki avadanlıqların dünyanın başqa salonlarından keyfiyyətli olduğunu da deyib: “Bu qədər konsert məkanı gəzmişəm, lakin bu məkandakı qədər keyfiyyətli akustika görməmişəm. Bunun üçün Heydər Əliyev Sarayının rəhbərliyinə təşəkkürlər!”
Müğənni konsertin ortasında səhnədən enib, tamaşaçıların yanına gəlib. Mahnılarına qoşulub onunla bərabər oxuyan pərəstişkarlarına xüsusi diqqətlə yanaşıb. Konsertin sonuna yaxın müğənninin coşqusu və auditoriya ilə təması diqqət mərkəzində olub.
Fərhad Göçər repertuarında klassik fransız, italyan, ingilis mahnılarına da yer verib.
Konsertin yarıdan sonrakı hissəsində sənətçi auditoriyaya müraciət edib və salondakıların xahişi ilə repertuarından əlavə üç mahnı daha oxuyub.
Sənətçi konsertdən məmnunluğunu tamaşaçılara təşəkkürləri ilə bərabər çatdırıb.
Qeyd edək ki, konsertin informasiya dəstəyi Lent.az-a məxsus idi.
Lalə Yusifqızı

933